Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 16:22:19
Musiqi sənəti istiqaməti üzrə seminar keçirilib

28 noyabr 2023-cü il tarixində xüsusi qabiliyyət tələb edən Musiqi sənəti istiqaməti ixtisasları üzrə seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, universitetin professor və müəllim heyəti və Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi sektorunun əməkdaşları iştirak ediblər. 

 

İclasda 2023-2024-cü tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının nəticələrinin müzakirəsi aparılıb, həmçinin musiqi sənəti istiqaməti üzrə keçirilən qabiliyyət imtahanlarının təşkili qaydaları, təhsil tələbi, müsabiqə şərtləri, qiymətləndirmə meyarları, imtahanda ifa edilən repertuarlar müzakirə edilib və yeni proqramların, meyarların tərtib edilməsi ilə əlaqədar işçi qrupları yaradılıb.

 

Eyni zamanda İnstrumental ifaçılıq ixtisasının gitara alətinə qəbul olmaq üçün 5 illik musiqi təhsili haqqında sənəd tələbinin qoyulması da müzakirəyə qoyulub.

 

2024/2025-ci tədris ili üçün qabiliyyət imtahanlarının qəbul şərtləri tezliklə ictimaiyyətə açıqlanacaq.