Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 16:41:00
“Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

“Heydər Əliyev İli” çərçivəsində “İlham Əliyev:Tarixin ən qüdrətli Azərbaycanının və Böyük Zəfərin müəllifi” mövzusunda elmi seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, Nizami rayonunda təşkil olunan elmi seminarda Yeni Azərbaycan Partiyası (YAP) Təftiş komissiyasının üzvü, millət vəkili Elman Nəsirov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

 

Elmi seminar Dövlət Himninin səsləndirilməsi, müasir, müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Elmi seminarda bildirilib ki, bu gün Azərbaycan xalqı dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır. “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlər, konfranslar Ulu Öndərin xatirəsinə tükənməz sevgi və ehtiramın nümunəsidir.

 

Diqqətə çatdırılıb ki, qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin ən böyük arzusu olan Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası tam təmin olunub.

 

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.