Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 15:20:12
Çində təhsil təqaüd proqramı...

Çin Xalq Respublikası 2024–2025-ci tədris ili üçün təqaüd proqramı elan edir.

 

 

AzEdu.az xəbər verir ki, təqaüd proqramına sənəd qəbulu 25 dekabr saat 18:00-a kimi aparılacaq. Tələbələrin proqrama qəbulu ilə bağlı yekun qərarın 2024-cü ilin iyul – avqust ayları ərzində təqdim olunması gözlənilir.

 

 

Proqram çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

 

 

Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil imkanı yaradır.