Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 12:44:00
Bu məktəblərdə işləyən müəllimlərin maaşı belə hesablanır – Ancaq bu zaman arta bilir

Bir çoxlarını maraqlandıran suallardan biri də peşə məktəblərində müəllimlərin maaşının hesablanması qaydasıdır.

AzEdu.az bununla bağlı peşə məktəbləri ilə əlaqə saxlayıb.

7 nömrəli Bakı Peşə liseyinin direktor müavini Rəsmiyyə Allahverdiyeva bildirib ki, peşə təhsil müəssisələrində çalışan müəllimlərin  digərləri kimi Diaqnostik qiymətləndirmədən keçirlər. Maaşları da topladıqları bala əsasən müəyyən olunur.

1 nömrəli Bakı Peşə liseyinin baş mühasibi isə deyib ki, maaşın hesablanması üçün əlimizdə konkret sənəd yoxdur:

“Sadəcə müəllimlərin DQ-dən topladıqları bala əsasən,  dərs saatları müəyyən olunur. Maaşlar da həmin fənnin dərs saatına vurulmaqla hesablanır. Burada staj da rol oynayır”.

Dəniz nəqliyyatı, gəmiqayırma və liman işləri üzrə Peşə Təhsil Mərkəzinin direktoru Nail Bayramov bildirib ki,DQ-dən keçənlərin maaşı prezidentin müvafiq sərəncamına əsasən hesablanır:

“Dərs yükü müəyyən olunur, stajına, təhsilinə görə, əmək haqları hesablanır.Adi qaydayla olur, gəlir vergisi tutulur.  Əgər müəllim Dq-dən  keçibsə, topladığı bala görə maaşını alır”.