Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 12:00:00
“Peşə məktəbi”nin direktorundan minlərlə şagirdi sevindirəcək təklif – Ali təhsil üçün güzəşt

“2016-cı ildən peşə məktəblərinə sənəd qəbulu Asan Xidmət vasitəsilə aparılır.Məktəblərə qəbul zamanı attestat balı əsas götürülür. Ona görə hər il uşaqların bilik səviyyəsi artır”.

Bu sözləri AzEdu.az-a  açıqlaması zamanı Dəniz nəqliyyatı, gəmiqayırma və liman işləri üzrə Peşə Təhsil Mərkəzinin direktoru deyib.Onun sözlərinə görə, hər il nəticələr daha da yaxşılaşır:

“Yəqin ki, gələn ilə bundan da yaxşı olacaq. Bu il ola bilər ki, müəyyən qədər tələbə ali məktəblərə qəbul olsun. Elə uşaqlar var ki, biliyi ali məktəbə imtahansız qəbul ola bilmə səviyyəsindədir. Amma hamını bir tutmaq olmaz”.

N.Bayramov yaxşı nəticə üçün görüləcək işlərdən də danışıb:

“Orta məktəblərdə hansı işlər görülürsə, bizdə də həmin sistem yerinə yetiriləcək. Bizim uşaqların ixtisaslarına uyğun ali təhsil alması üçün müəyyən güzəştlər olunmalıdır. Məsələn, “Motorçu”ixtisası üzrə oxuyan biri, onun ali təhsilini də almaq istəyirsə, ona diplomuna görə hər hansı bal güzəşti edilsə yaxşı olar. Bu, ona stimul verər, ali təhsil almağa həvəsli olar”.