Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 17:04:17
DİM-in nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

24 noyabr tarixində Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin təşkilatçılığı ilə “Dövlət qulluğu vəzifələri üzrə peşə bacarıqlarının qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübələr” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada Ukrayna nümayəndələri ilə yanaşı bir sıra Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzini təmsil edən Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov dövlət qulluğuna qəbul prosesində səriştə modelinin tətbiqi ilə əlaqədar təqdimatla çıxış edib.

 

Təqdimatda ölkəmizdə bu sahədə görülən işlər, tətbiq olunan və yaxın gələcəkdə tətbiqi planlaşdırılan alət və prosedurlar barədə məlumatlar öz əksini tapıb. Tədbirin sonunda mövzu ətrafında sərbəst müzakirələr formatında fikir mübadiləsi aparılıb.