Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 15:05:51
“Azərbaycan kinosunun dili” kitabı çap olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Füzuli Mustafayevin “Azərbaycan kinosunun dili” kitabı çap olunub.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.

 

“Kinonun cəmiyyət həyatındakı rolu artdıqca, müxtəlif filmlərdə Azərbaycan ədəbi dilinin işləkliyi gücləndikcə bu sahədə təhlillərə tələbat artır. Kinoda Azərbaycan dilinin həm yazılı, həm də şifahi forması özünü göstərir. Kino dilində fikrin, mənanın yaradılmasında sözlə yanaşı, başqa semiotik və qeyri-verbal vasitələr iştirak edir. Tamaşaçının dünyagörüşünü artırmaq məqsədi daşıyan hər hansı telefilmin aparıcısı və ya kinoaktyor şifahi ədəbi dilə, onun səslənmə qaydalarına, nitq mədəniyyətinin tələblərinə və ədəbi normalara hörmətlə yanaşmalıdır. Kitabda kino dilində vurğu, intonasiya, orfoepik normalar, şəkilçilərin, saitlərin və samitlərin tələffüzü, danışıq üslubu, kino dili və şifahi ədəbi dil, kino dili və nitq mədəniyyəti məsələləri araşdırılıb”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunub ki, kitabın baş redaktoru professor Nadir Məmmədli, elmi redaktoru professor İsmayıl Məmmədli, rəyçiləri filologiya elmləri doktorları Nəriman Seyidəliyev və Aslan Bayramovdur.