Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 08:57:00
Bu problemlərlə  bağlı IV respublika konfransı keçiriləcək

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı keçiriləcək.

AMEA-dan AzEdu.az-a  bildirilib ki, konfransda “İnformasiya təhlükəsizliyinin multidissiplinar humanitar problemləri”, “Sosial media və informasiya təhlükəsizliyi”, “E-dövlətin informasiya təhlükəsizliyi problemləri”, “Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması”, “Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər”, “Bulud texnologiyalarının təhlükəsizliyi” və s. mövzular dinləniləcək.

Konfransa məqalələrin qəbulu noyabrın 30-dək davam edəcək.