Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 09:23:00
Region məktəblərində kütləvi qızılca yayılıb -  Vəziyyət necədir?

Son günlər ölkənin bir neçə bölgəsində olduğu kimi Kürdəmirdə də qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə edilir.

 

Son 10 gündə rayonu cənginə alan qızılca xəstəliyi bir çox kəndlərə də yayılıb. Artıq xəstəxanaya 60-a yaxın müraciət daxil olub.

 

Bəs müraciətlər arasında şagirdlər varmı? Məktəblərdə qızılca xəstəliyi ilə bağlı vəziyyət nə yerdədir?

 

AzEdu.az təhsil portalı olaraq sözügedən məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, ötən günlərdə sosial media hesablarında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca adlanan xəstəliyin yayılması barədə məlumat yayımlanmışdır.

 

“Bildiririk ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili və Ərəbqubalı kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanmışdır. Sözügedən məsələ ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, 9 nəfər şagird hazırda xəstəxanada müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir.Həmçinin təhsil müəssisələri arasında kəskin yoluxma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaqdır.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilmiş, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstənasına müraciət etməsi və eyni zamanda Qızılca virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub”.