Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-18 17:46:33
XXVI Respublika Elmi Konfransının bağlanış mərasimi keçirilib

18 noyabr tarixində Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə doktorant və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının (NASCO XXVI) bağlanış mərasimi keçirilib.

 

Bu barədə Təhsil İnstitundan AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, bağlanış mərasimində elmi konfransın gedişatı və dinlənilən elmi tədqiqat işlərinə dair yekun müzakirələr aparılıb.

 

Konfransın təşkilat komitəsinin elmi katibi, Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova tədbiri açıq elan edərək NASCO XXVI bağlanış mərasimində bölmələr haqqında statistikanı konfrans iştirakçılarının diqqətinə təqdim edib.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, ARTİ-nin elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Abbasov, Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İlham Rüstəmov, Bakı Slavyan Universitetinin kafedra müdiri, pedaqogika elmləri doktoru, professor Piralı Əliyev, Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, sosiologiya üzrə elmlər doktoru, professor Rəfail Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, proqram rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Cəbrayıl Vəliyev, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru İnarə Əlixanova bölmələrdə səsləndirilən tezislər haqqında rəy və gələcəkdə diqqət edilməsi zəruri olan nüanslar haqqında nümunələrlə çıxış ediblər.

 

Bölmə rəhbərləri fikirlərini bitirdikdən sonra Təhsil İnstitutunun direktor müavini İlham Cavadov konfrans haqqında olan nüanslara aydınlıq gətirib və tədbirin təşkilində dəstək göstərən əməkdaşlara xüsusi təşəkkürlərini bildirib.

 

NASCO XXVI bağlanış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev konfransda iştirak edən doktorant və gənc tədqiqatçılara öz tövsiyələri ilə yanaşı təşəkkürlərini bildiriblər.