Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 09:34:00
Test üsulu olmadığı zamanlar RÜŞVƏT baş alıb gedirdi

Cəmiyyətdə belə bir fikir dolaşır ki,  müasir təhsil sistemi uşaqlara əzbərçiliyi öyrədir, nəinki tənqidi düşünmə qabiliyyətini. Onlar məsələlərdə öz yanaşmalarını irəli sürə bilmirlər.

 

Bəs, görəsən təhsil sistemi həqiqətən də əzbərçilik üzərindəmi qurulub? Bu düşüncə nə qədər həqiqəti əks etdirir?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Nabatəli Qulamoğlu AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, müasir təhsil sisteminin əzbərçilik üzərində qurulması fikri 80% həqiqəti əks etdirmir: “Şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün monitorinqlərdə istifadə olunan test tapşırıqları vahid formada deyil, rəngarəngdir. Bəzi test tapşırıqları şagirdlərin koqnitiv biliklərinin inkişaf etdirilməsinə yönəldiyi halda qalanları faktoloji biliklər tələb edir. Misal üçün deyə bilərəm ki, Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üçün istifadə etdiyi testlərin bir çoxunda bir başa faktlara əsaslanan suallar mövcuddur ki, bu da özlüyündə əzbərçilikdən xəbər verir. Ancaq biz 3-5 testə əsaslanaraq müasir təhsil sisteminin şagirdlərə əzbərçiliyi öyrədir deməyimiz qərəzli yanaşmadan başqa bir şey olmaz”.

 

N.Qulamoğlu qeyd edib ki, müasir təhsil xeyli dərəcədə düşünmə qabiliyyəti aşılayır: “Müasir təhsil sistemi yeni düşüncə tərzini özündə ehtiva edir. Mətn üzərində işlər, oxuma-yazma, dinləmə qabiliyyətini yoxlayan test tapşırıqlarının istifadəsi müasir təhsilin təqdim etdiyi yeniliklərdəndir”.

 

Test üsulunun tətbiq olunmadığı zamanlar rüşvət baş alıb gedirdi: “Azərbaycanda test üsulu olmadığı zamanlar insanlar tet-a-tet qəbulda iştirak edib istədikləri qiyməti yazdırırdılar. Həmin dövlərə baxsaq, görərik ki, təhsil rüşvət üzərində qurulub. Bu gün o halların aradan qalxmasının başlıca səbəbi imtahanların  test üsulu ilə keçirilməsidir. Bəzi istisna hallar mövcud olsa da, bunlar heç də  gerçəkliyin meydana çıxmasına kölgə sala bilmir”.

 

Ekpsert bildirib ki, şagirdlərin düşünmə qabiliyyətinin daha da inkişaf etdirilməsi üçün bir sıra addımlar atmaq olar: “Biliklərin yoxlanması üçün tərtib olunan testlər şagirdlərdən daha çox düşünmə qabiliyyətinin tələb olunmasına yönəlsin ki, şagird nəyisə əzbərləyib yadında saxlamağa çalışmasın. DİM-in testlərinin böyük əksəriyyətində rast gəlmişəm ki, bir söz verib onun omoniminin tapılmasını tələb edir. Test tərtib edərkən biz düşünməliyik ki, uşağın beyini kopmüter deyil. Bütün sözlər bir anda sıraya düzülsün , həmin an ominimi tapa bilsin. Əgər həqiqətən də şagirdin ominimləri müəyyən etmək qabiliyyətini yoxlamaq istəyiriksə, həmin söz bir neçə kontekstdə təqdim edilməlidir. Bilirik ki, ominim qruplarının müxtəlif növləri var aiddir. Ominimlər, omoformlar, omoqraflar və.s. Testdə 5 cümlə göstərərək şagirdin bunlardan hansının omonimə aid olduğunu soruşmaq onun düşünmə qabiliyyətinin inkişaf etdirilməsində fayda vermiş olacaq. Şagird yalnız müqayisələr aparmaqla öz düşüncələrini inkişaf etdirə bilər”. 

 

Bizim təhsil sistemində hələ də Sovet ənənələri qalmaqdadır: “Sovet dövründə əzbərçilik öyrədilirdi. Müəyyən qədər indi də o qalıqlar var. Amma bütünlükdə müasir təhsil sistemi əzbərçiliyi öyrədir demək “ağ yalandır””.