Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 13:07:00
Universitet müəllimlərinin maaşı niyə azdır? – “Təhsil haqları artırılsa..”

Ali təhsil müəssisələrində dərs deyən müəllimlərin əməkhaqlarının aşağı olması mövzusu zaman-zaman gündəmə gəlir. Xüsusən regionlardakı universitet müəllimlərinin əməkhaqları onları qane etmir.

 

Ümumorta təhsil müəsisələrində müəllimlərin əməkhaqlarının artırılması yönündə müəyyən imtahanlar keçirilsə də, bu addım ali təhsil müəssisələri üçün keçərli deyil.

 

Bəs, görəsən ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin əməkhaqlarının aşağı olması nədən qaynaqlanır? 

 

Mövzu ilə əlaqədar təhsil eksperti Vüsal Kərimli AzEdu.az-a açıqlama verib.

Açıklama yok.

 

Ekspert bildirib ki, universitet müəllimlərinin əməkhaqlarının aşağı olmasının birinci səbəbi təhsil haqlarının azlığıdır: “Paytaxta və regionda fəaliyyət göstərən universitetlərində əməkhaqları günün tələblərinə uyğun deyil. Bunun birinci səbəbi təhsil haqqının aşağı olmasıdır. Təhsil haqlarının aşağı olması səbəbindən universitetlər müəllimlərin əməkhaqlarının artırılması məsələsində çətin situasiyaya düşürlər. Əvvəllər dövlət tərəfindən univeristetlər 3 kateqoriyaya bölünmüşdü. 2 və 3-cü kateqoriyalı universitetlərə regional universitetləri  aid idi. Həmin ali təhsil müəssisələrində əməkhaqqı tarifi çox aşağı hesablanırdı. Maliyyə azadlığı veriləndən sonra isə əməkhaqlarında müəyyən artımlar olsa da, hazırda günümüzün tələbinə cavab vermir”.

 

V.Kərimli qeyd edib ki, universitetlərin maliyyəsinin haraya getdiyi bəlli deyil: “Ali təhsil müəssisələri tərəfindən maliyyə hesabatı ictimaiyyətə təqdim edilmir. Universitetlər düzgün maliyyə xərcləmirlər. Maliyyənin haradan gəlib, haraya  getdiyi bəlli deyil. Həm universitetin kontingenti, həm də cəmiyyət universitetlərin büdcəsinin idarə edilməsindən xəbərdar olmalıdır. Amma heç müəllimlərin belə büdcədən xəbəri yoxdur, halbuki universitetlərə maliyyə qazandıran müəllimlərdir. Müəllimlər olmasa tələbələr təhsil haqlarını universitetlərə nəyə görə ödəyəcək? Hansısa bir daş binaya görəmi? Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu məsələ diqqətdə saxlanılmalıdır”.

 

Müsahibimiz qeyd edib ki, universitetlərə dövlət dəstəyi mütləqdir: “Əməkhaqlarının artırılması üçün qaçılmaz şərtlərdən biri təhsil haqlarının artırılmasıdır. Bundan əlavə ali təhsil müəssisələrinə dövlətin yardımı mütləqdir. Yardım dəstəyi olmadan bu məsələ həll olunmayacaq”.