Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 12:39:00
Dünyada şagirdlərin üçdə iki hissəsi çox yoxsul böyüyür – Təəccübləndirəcək araşdırma

Kanadada aparılan araşdırmaya görə, 8-12 yaşlı şagirdlərin üçdə ikisi fiziki aktivlik, dünyagörüşü və motivasiyadan yoxsul  böyüyür.

Ottava Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma 3 il davam edib. AzEdu.az  xarici mediaya istinadən xəbər verir ki, 8-12 yaş arası 10 034 məktəblinin müşahidə olunması ilə reallaşan araşdırma Springer Nature və BMC Public Health adlı elmi jurnallarda yayımlanıb.

Araşdırma zamanı uşaqların üçdə ikisinin bəsit aerobik hərəkətlərdə belə aşağı performans göstərdiyi, oyun oynamaq bacarıqlarının isə olmadığı aydınlaşıb.

CHEO araşdırmalar xəstəxanasının səlahiyyətlisi Mark Tremblay bu araşdırmanın əslində uşaqların sağlamlığı üçün ciddi təhlükədən xəbər verdiyini deyib. O bildirib ki, uşaqlar əvvəlki dövrlə müqayisədə daha passivdirlər. Bu, onların daha çox dərslə məşğul olub, daha az yatmaları ilə əlaqədardır. O, aşağı sinif şagirdlərin özünü əyləndirmə metodlarının da dəyişdiyini bildirib:

“Mən uşaqlıq illərimi çöldə oyun oynamaqla keçirmişəm. Amma parkda oyun oynayan uşaqları sonuncu dəfə nə vaxt gördüyümü xatırlamıram. 57 yaşım var və uşaqlıqda aldığım ən böyük cəza kimi həyətə çıxmağa icazə verilməməsini xatırlayıram. Təsəvvür edin ki, hazırda bu, cəza kimi tətbiq olunsa, əminəm ki, heç bir mənası qalmayacaq. Çünki indiki şagirdlər məktəb və ev xaricində onsuz da çölə çıxmırlar. Velosiped sürməyi öyrənə bilməyən uşaqlar da elə ən az əyləncə imkanı olanlardır”.

Həkim bunun səbəbkarı kimi valideynləri də günahlandırıb:

“Onlar şagirdlərin istirahətsiz dərs oxuyaraq böyük uğur qazanacağını düşünürlər. Bunu görən şagird də oyun oynayaraq böyük yanlış etdiyini düşünür. Nəticədə uşaqlıq illərindən məhrum edilən, birdən-birə böyüyən nəsil yetişir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları