Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 15:19:00
Buraxılış imtahanları könüllüdür, yoxsa məcburi? 

Statistikaya əsasən XI sinifi məzunlarının sadəcə bir qisimi təhsillərini davam etdirdiyi halda, digərləri attestatlarını alaraq müxtəlif peşələr üzrə işləyirlər.

 

 Son dönəmlər abituriyentlərdə belə bir fikir formalaşıb ki, əgər təhsilimizi davam etdirmək istəmiriksə, o halda niyə görə buraxılış imtahanında iştirak edirik? 

 

Mövzu ilə əlaqədar təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, hər hansısa məktəb direktorundan yaxud direktor müavinindən də soruşsaq, onlar da qəbul edər ki, buraxılış imtahanı qiymətlərinin attestata ciddi təsiri yoxdur: “Şagirdin orta məktəbdə IX, X ,XI sinif illik qiymətləri əgər 5-sə, bu şagirdin buraxılış imtahanında topladığı bal 2 qiymətinin cəminə bərabər olsa belə ona attestat verilməməsi kimi bir qayda yoxdur. Elm və Təhsil Nazirliyi qeyd edib ki, buraxılış imtahanının qiyməti şagirdin attestat almağına təsir göstərmir. Attestat balı qiymət intervalında tarazlığı formalaşdırır. Əgər şagirdin illik qiymətləri 4-sə, lakin o, buraxılış imtahanında yüksək bal toplayırsa, o halda bu imtahan  şagirdin qiymətinin 5 olmağına səbəb ola bilər.

 

Şagird ali təhsil ocaqlarına yönəlmirsə və buraxılış imtahanında iştirak etmirsə, o halda şagirdin attestat alıb-almamağı  ilə bağlı hər hansısa qayda yoxdur: “Təhsil haqqında qanuna nəzər salsaq görərik ki, orada da şagirdin buraxılış imtahanına iştirak etməməsi, onun attestat almağına mane törətmir. Nəzərə alsaq ki, buraxılış imtahanları ildə bir dəfə keçirilir və əgər şagird hər hansısa xəstəliyə yoluxubsa, imtahanda üzrlü səbəblərdən iştirak edə bilmirsə, onun attestat alma hüququ heç bir halda əlindən alına bilməz.

 

Ekspert bildirib ki, şagirdin öz şəxsi istəyi ilə buraxılış imtahanında iştirakdan imtina etsə belə yenə də onun attestat almağına əngəl törədən faktorlar olmamamalıdır. “Şagirdin imtahanında iştirak etməmək istəyini düzgün yanaşma kimi qəbul etmirəm. Nəzərə alsaq ki, şagirdlərə 11 il ərzində bir çox fənlər tədris olunduğu halda, buraxılış imtahanı 3 əsas fəndən təşkil olunur. Təhsil aldığı müddətdə müəyyən qədər biliklər əldə etmiş şagirdin imtina səbəbi ali təhsilin qarşısını kəsəcək amillərdən biridir”.