Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 11:37:23
UNEC-in tələbəsi “Statistik olimpiada”nın qalibi olub

UNEC Biznes Məktəbinin (MBA) magistri Yaqut Topçubaşova Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunan “Statistik olimpiada”da 1-ci yeri qazanıb.

 

AzEdu.az xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan respublika olimpiadasında müxtəlif ali təhsil müəssisələrindən 203 tələbə iştirak edib. İştirakçılar olimpiadada təhsil dövründə qazandıqları statistik bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

203 tələbə arasından UNEC-in “Marketinq” ixtisası üzrə 2-ci kurs magistrantı olan Yaqut Topçubaşova qalib olub.

 

Qeyd edək ki, Yaqut Topçubaşovaya “Biznes və iqtisadiyyat üçün statistika” fənnini “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Cəmilə Musayeva tədris edir.

 

Olimpiadanın qaliblərinə diplom və hədiyyələr təqdim olunub.