Azedu.az

453 təhsil müəssisəsində e-jurnal və e-gündəlik tətbiq edilir

3 Noyabr 2023, 16:44
453 təhsil müəssisəsində e-jurnal və e-gündəlik tətbiq edilir

2023–2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaşı, Abşeron – Xızı, Qarabağ, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki – Zaqatala, Qazax – Tovuz, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan müəssisələr üzrə 585 000 şagird və 39 000 müəllim istifadə edir.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, patformanın tətbiqinə dəstək vermək üçün təhsil müəssisələrinin pedaqoji və inzibati heyəti üçün təlimlər keçirilib.

 

Qeyd edək ki, layihənin məqsədi elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşdırılmasıdır. Sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtibi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarəolunması elektronlaşdırılıb. Bununla yanaşı, elektron jurnal  şagirdlərin müvəffəqiyyət və davamiyyətini, mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı yaradır. Müəllim-valideyn münasibətlərinin qurulması isə platformanın “Əks-əlaqə” bölməsi vasitəsilə həyata keçirilir.

İranın mövqeyi dəyişdi - Bakı üçün vacib AÇIQLAMA
Son xəbərlərDaha çox