Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 12:00:00
Övladınızın çəkdiyi rəsmlərə diqqət edin: “Onlar şüuraltından xəbər verir”

Müasir dövrdə uşaqların rəsmlərinə laqeyd yanaşmaq yol verilməzdir. Onların analiz edilməsi, düzgün şərhlər verilməsi valideynlərdən, müəllimlərdən, psixoloqlardan peşəkarlıq tələb edir. Rəsmlərin ən önəmli cəhəti isə onların uşağa yaxınlaşdıran bir yol olmasıdır. Uşaqlar söyləyə bilmədikləri hisslərini rəsmlərlə ifadə edirlər.

 

 

Azedu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin uşaq rəsmlərinin analizi haqqında danışıb:

 No description available.

“Şəkillərin psixoloji analiz adlandırıldığı üçün ailə ilə bağlı şəkillər uşaqların daxili aləmindəki problemlər, şəxsiyyətləri haqqında mühüm məlumatlar verir. Belə rəsmlərdə uşaqlar, ümumiyyətlə, anaya, ataya və əgər varsa, bacı-qardaşına olan hisslərini, bu insanlarla münasibətlərini əks etdirirlər. Bu şəkillərdə uşaqlar müxtəlif yerlərdə və ölçülərdə ailə üzvlərini çəkirlər”.

 

 

Psixoloqun sözlərinə görə uşaqların rəsmlərindən bir çox istiqamətdə yararlanmaq mümkündür:

 

-Zəka testlərində: çəkdiyi şəklə əsasən uşağın zəka səviyyəsi (IQ) öyrənilə bilər.

 

-Əlaqə vasitəsi kimi: rəsm şifahi nitq ilə bağlı problemlərə çarə ola bilər;

 

-Uşağın daxili dünyasını kəşf etmək vasitəsi olaraq.

 

-Uşağın bədənini tanımasını və məkandakı mövqeyini kəşf etməsini təmin edən bir vasitə olaraq və s.

 

 

Xüsusən də şəkildəki insanı harasa həbs etmək və ya özündən uzaq bir yerə çəkmək kimi bir vəziyyət varsa, bu, uşağın qaçmaq, qorunmaq hisslərinin təsvir edildiyi deməkdir. Xoşbəxt ailə mühitində olan və özlərini ailənin bir parçası kimi görən uşaqların rəsmində ana, ata və bacı və ya bacı-qardaşlar təfərrüatlı, bərabər ölçüdə və yaxından çəkilmişdir”.