Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 11:17:00
Yeniyetmələrin cinsi mövzularda maarifləndirilməsi niyə vacibdir?- ŞOK faktlar

Gənclərin cinsi mövzularda məlumatsız olmaları gələcəkdə onlar üçün ağır fəsadlara yol açır. Bu kimi maarifləndirici məlumatlandırmaların məktəb yaşından olması onlar üçün daha faydalıdır. Ancaq orta məktəblərdə bu kimi maarifləndirici görüşlər layiqincə həyata keçirilmir. Burada önəmli olan bəzi məqamlar var.

 

Məktəblərdə cinsi maarifləndirmə tədbirləri neçənci sinifdən etibarən keçirilməlidir?

 

 

Mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının psixoloq-seksoloqu Ləman Mustafayeva bildirir ki, qızlarda və oğlanlarda VI-VII siniflərdən bu kimi məlumatlandırıcı görüşlər keçirilməlidir:

 No description available.

“Qızlar 6-7-ci siniflərdə menstruasiya (aybaşı) və ovulyasiya haqqında, daha yuxarı siniflərdə isə erkən hamiləlik və onun ağır nəticələri, kontrasepsiya və zöhrəvi xəstəliklər mövzusu haqqında danışılmalıdır.

 

Oğlanlarda 6-7 ci siniflərdə artıq bədəndə ereksiya oyanmağa başlayır və beləliklə bilmədən, qorunmadan atılan hər bir addım ciddi bir xəstəliyə yol açma bilər. Bu baxımdan sözügedən mövzuyla bağlı yeniyetmələri maarifləndirmək lazımdır”.

 

 

Həmsöhbətimiz cinsi məlumatsızlıq ucbatından baş vermis faciəvi bir faktı da bölüşüb:

 

“Məktəblərdə yeniyetmələrlə görüş zamanı aydın olur ki, qızların 11-12 yaşı olmasına baxmayaraq, mensturasiya (aybaşı) haqqında heç bir məlumatları yoxdur. Bir neçə dəfə belə bir hadisə olub. Valideyini məlumat vermədiyi üçün ilk dəfə mensturasiya (aybaşı) olan qız qorxaraq özünü intihar etmişdir”.

 

Hətta əlavə edərdim ki, yeniyetmələri maarifləndirdiyimiz kimi valideyinləri də maarifləndirmək lazımdır. Çünki valideynlər məlumatlı olmadığı və ya yanlış bilgi sahibi olduğu zaman övladına da eyni formada səhv informasiya ötürür. Bu da yeniyetmələrin sağlamlığı baxımından ağır fəsadlara yol aça bilər”.

 

L.Mustafayeva, görüşlərin oğlan və qızlarla ayrı-ayrılıqda keçirilməsini təklif edir:

 

“Mütləq şəkildə qızlar və oğlanlarla ayrı-ayrılıqda görüş keçirilməli, yeri gəlsə, individual şəkildə danışıqlar aparılmalıdır. Çünki söhbət zamanı qarşı cinslər bir-birindən utanaraq fikirlərini doğru şəkildə izah edə, özlərini, emosiyalarını düzgün ifadə edə bilməyəcəklər. Bununla da biz hədəfimizə çata bilməyəcəyik”.