Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 09:58:00
Dağlıq Şirvanın “Örnək müəllimlər”i

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 


Fəaliyyət coğrafiyası Dağlıq Şirvan regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz: 

 

1. Fatimə Hüseynova - Ağsu rayon Sarvan kənd ümumi orta məktəbin İbtidai sinif müəllimi;

2. Gülnarə Xalıqova - Aratkənd kənd tam orta məktəbin İbtidai sinif müəllimi;

3. Çingiz Muradlı - İsmayıllı şəhər Eldar Məmmədov adına 3 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimidir;

4. Ruhiyyə Mahmudova -İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbin İngilis dili müəllimidir;

5. Müsavəddin Kərimov -İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin Riyaziyyat- İnformatika müəllimidir;

6. Fatma Vəliyeva  -İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin Tarix müəllimidir;

7. Könül Məmmədova - Şamaxı şəhər 2 saylı tam orta məktəbin Fizika müəllimidir;

8. Aygün İsmayılova - Şamaxı Avropa Liseyinin Riyaziyyat müəlimidir;

9. Aytac Rəcəbova  - Qobustan şəhər E.Vəliyev adına  2 nömrəli tam orta məktəbin Coğrafiya müəllimidir;

10. Vüsalə Hüseynova - Qobustan şəhər 1 nömrəli tam orta məktəbin Tarix müəllimi.