Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-28 13:21:00
“Məktəb liderliyi”proqramının açılış mərasimi keçirilib

Oktyabrın 28-də Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən, dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların inkişaf etdirilməsini hədəfləyən “Məktəb liderliyi” proqramının II çağırışının açılış mərasimi olub.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə ADPU-nun xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Qələbə” marşı ifa olunub. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Proqramın açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, böyük Zəfərdən və suverenliyimizin tam bərqərar edilməsindən sonra təhsilimizin qarşısında duran yeni çağırışları, müasir inkişaf meyillərini nəzərə alan ADPU üzərinə düşən birbaşa vəzifələrdən əlavə, zəngin ənənələrinə söykənərək cəmiyyətin elm və təhsil sahəsində inkişafına fayda verən müxtəlif layihələr icra edir. Bunlar arasında ən uğurlularından biri də iki ildir davam edən “Məktəb liderliyi” proqramıdır.

 

Sonra ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, proqramın təlimçiləri və ötən çağırışın məzunları çıxış ediblər.