Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 17:46:08
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 492 nəfər qeydiyyatdan keçib  

Dövlət qulluğunda inzibati vəzifələrin B növü (inzibati icraçı vəzifələr) üzrə oktyabrın 28-də keçiriləcək test imtahanında iştirak üçün onlayn qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu gün saat 16:30-a olan məlumata əsasən, ümumilikdə 492 nəfər (BA - 113, BB - 379) qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyat oktyabrın 18-də başa çatacaq. İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.