Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 17:17:00
AzEdu.az-ın  müəllimlər arasında keçirdiyi müsabiqənin qalibləri  BANM-da mükafatlandırılacaqlar -SABAH 

AzEdu.az  Azərbaycan Təhsil Portalının müəllimlər arasında təşkil etdiyi “Ayın müəllimi” yazı müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçiriləcək.

“MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda müəllimlər arasında keçirilən “Ayın Müəllimi” müsabiqəsi 27.09.2018-də başa çatıb.

AzEdu.az portalının sentyabr ayının qalibini müəyyən etmək üçün keçirdiyi ilk yarışma zamanı səsvermədə 46 mindən çox adam iştirak edib.

Səsvermənin nəticələrinə görə, “MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda müəllimlər arasında keçirilən “Ayın Müəllimi” müsabiqəsində I yerin qalibi 41.3% səs çoxluğu ilə Məcid Musayevdir.

23.8 % səslə Şəhanə İsgəndərova II, 18.2% səslə ilə Araz Hacıyev III yerin qalibi elan edilib.

Qaliblərin mükafatlandırılma mərhələsi 13 oktyabrda Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbində baş tutacaq. Təltifetmə mərasimində müsabiqə iştirakçıları (müəllimlər), deputatlar  və digər dəvətlilər iştirak edəcəklər.

Qalib müəllimlər portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar. Bütün müəllimlərə uğurlu iştirakları üçün təltifnamə və hədiyyə təqdim olunacaq.

Xatırladaq ki, ilkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb. Daha sonra isə həmin yazılar  AzEdu.az sorğu panelində səsverməyə təqdim edilib.