Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-08 16:24:00
Dövlət qulluğuna qəbul üzrə test imtahanı...

8 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.

 

Oktyabrın 9-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

 

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.