Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 16:49:31
DİM - də təlim: “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri “

Təlimdə Müdafiə Sənayesi Nazirliyinin 20 əməkdaşı iştirak edib

06.10.23 16:15

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin 20 əməkdaşı üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda təlim keçirilib.


AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
 
 
Təlim zamanı DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari və departamentin böyük məsləhətçi-kargüzarı Günel Həsənova tərəfindən sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.


Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda mütəmadi təlimlər təşkil edir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.