Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 11:05:45
Şəhid müəllimlər, gününüz mübarək... 

 

Xəbər verdiyimiz kimi, 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən, müstəqil Azərbaycanda isə 1993-cü ildən qeyd edilir.

 

44 günlük vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

 

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi II Qarabağ müharibəsində şəhid olan təhsil işçiləri ilə bağlı məlumat verib. 

 

Belə ki, Rəşad Məmmədov Gəncə şəhəri M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbdə tarix müəllimi, Rabil İsmayılov Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi, Rəvan Lətifov Oğuz rayonu Ə. Abdulhüseynov adına Sincan kənd tam orta məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini, Famil Əhmədzadə İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseydə tarix müəllimi, Qoşqar Ömərov Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, Vüqar Vəliyev Ağdam rayonu 18 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi, Mədət Qəmbərov Ağdam rayonu 69 nömrəli ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, Tural Sarıyev Tovuz rayonu Hacılar kənd tam orta məktəbdə texniki işçi, Vidadi İsrafilov Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbdə riyaziyyat müəllimi, Həsən Məmmədli Samux rayonu Çobanabdallı kənd tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini, Xalid Nəciyev Saatlı rayou Təhsil Şöbəsində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs, Əvdil Quliyev Beyləqan rayonu Təzəkənd kənd Ə.Məmmədov adına tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Elvin İmaməliyev Ağstafa şəhəri 1 nömrəli tam orta məktədə direktor, Kənan Müzəffərli Gədəbəy rayonu Dəyəqarabulaq kənd tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, Elxan Rzayev Sabirabad rayonu Qaraqaşlı kənd tam orta məktəbdə informatika müəllimi, Vidadi Əhmədov Salyan peşə liseyi Təsərüffat işləri üzrə direktor müavini, Elgün Quliyev Lerik rayonu Sors kənd ümumi orta məktəbdə Tarix müəllimi, Emil Qurbanov Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Ehtiram Hüseynli Lənkəran şəhər S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Tural Rəhimov Cəlilabad rayonu Fərzəli kənd ümumi orta məktəbdə biologiya-kimya müəllimi olaraq fəaliyyət göstərirdilər.

 

 

Dəyərli Azərbaycan müəllimlərinin şagirdlərin uğurlarında, xalqımızın zəfərlərində əməyi danılmazdır. Müəllimlər Günü münasibətilə bütün təhsilverənləri ürəkdən təbrik edir, şəhidlərimizə rəhmət diləyirik !