Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 11:22:00
Mançester Universitetinin azərbaycanlı “istedad”ı – “Ailəm xaricdə təhsil almağımı istəmirdi” 

AzEdu.az saytı “İstedad” rubrikasını davam etdirir. 

 

 

Budəfəki müsahibimiz Yusif Hüseynovdur.

 

 

Belə ki, o, təqaüd ilə Böyük Britaniyanı ən nüfuzlu universitetlərindən birinə, “University of Manchester”a qəbul olunub.

 

 

Müsahibəni təqdim edirik:

 

- Özünüzü oxucularımıza təqdim etməyinizi istəyərdim...

 

- Mən, Hüseynov Yusif Arif oğlu 2001-ci ilin iyulun ikisində anadan olmuşam. Birinci sinifə Bakı şəhər 286 nömrəli məktəbə başladım. Müxtəlif səbəblərdən məktəbimi dəyişdirərək, 29 saylı təhsil ocağında təhsilimi davam etdirib, elə bu məktəbin məzunu olmuşam. 2018-ci ildə 616 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşam. Universiteti bitirdiyim il magistratura pilləsi üzrə (MBA) - Biznes və data analtikası ixtisasına qəbul oldum. Bir il sonra təhsilimi  müvəqqəti dayandırdım. Hazırda isə magistratura təhsilimi Mançester Universitetində davam etdirirəm.

 

- Məzun olmaq necə bir hissdir?

 Açıklama yok.

 - Məzun olarkən daha fərqli hisslərlə qarşılaşacağımı düşünürdüm, lakin mənim üçün adi bir hiss oldu.

 

- Bəs qrup yoldaşlarınızla əlaqəniz necədir?

 

- Qrup yoldaşlarım üçün darıxsam da, əlaqəmiz hələ də var. Danışıb, görüşürük.

 

- Təhsil aldığınız müddət sizin üçün yadda qalan bir an yaşanıbmı?

 

- Universitetdə oxuduğum dövrdə çoxlu yaddaqalan hadisə yaşamışam. Əsasən imtahanlarla bağlı. Hansı ki, bəzi imtahanların asan, bəzilərinin çox çətin olması, müəllimlərimizin dərsdən əlavə ,həyat dərsi öyrətməkləri və.s kimi anlar hər birimizdə maraqlı xatirələr formalaşdırıb.

 

- Xaricdə təhsil almaq qərarına nə zaman gəldiniz?

 

- Xaricdə təhsil alma qərarını bu il, yəni 2023-cü ildə vermişəm.

 

- Ailəniz təhsiliniz üçün xaricə getməyinizi dəstəkləyirdi, yoxsa bir qədər narazıdırlar?

 

- Düzünü desəm xaricdə təhsil almaq uşaqlıqdan arzum idi. Ancaq ailəmin əvvəllər bu barədə fikirləri müsbət yöndə deyildi. Onlar düşünürdü ki, elə ölkəmizdə təhsil alıb, burada da işləməliyəm. Ancaq müəyyən müddət sonra, gördüm ki, bir çox yaxınlarım təhsil almaq üçün xaricə üz tutur. Bir qədər düşündükdən sonra qərara gəldim ki, niyə də mən onlardan biri olmayım?

 

- Böyük ehtimal bir neçə universite müraciət etmisiniz. Mançester Universitetini seçməyinizin əsas səbəbi nə oldu ?

 

- Mən əslində 3 universitetə - “King's College”,  “The University of Edinburgh” və “University of Manchester”ə müraciət etmişdim. Hər üç universitetdə də ixtisas maliyyə üzrə idi və hər birinə qəbul almışdım. Məhz Mançester Universitetini seçməyimin bir neçə səbəbi var. Birincisi Mançestr mənə maraqlı gəlirdi. Oranın memarlıq abidələri, futbol sevgim, şəhərin gözəlliyi və sakitliyi baxımından. Həm də universitetin maliyyə ixtisası üzrə reytinqi digərlərindən daha yüksək idi.

 

- Getdiyiniz ölkəyə və dərslərə uyğunlaşmaq sizin üçün çətin deyilki?

 

- Bir ölkəyə uyğunlaşmaq hamıda eyni cür olmur. Ona görə də adaptasiya olmaq üçün dərslərin başlamasından 1 həftə öncə gəldim.  Uyğunlaşma prossesi məndə çətin olmadı, çünki buradakı insanlar sakit təbiətlidir.

 

 Burada tədris olunan dərslərin sillabusu kifayət qədər geniş və məlumatlıdır. Bir sıra sahələr var ki, onlara ölkəmizdə tələb yüksək olsa da, ixtisaslı kadrlar azdır. Mən düşünürəm ki, bu sahələri dərindən öyrənib, ölkəmizdə tətbiq etdikdə daha uğurlu nəticələr doğuracaq.

 

Bildiyim qədəri ilə təqaüd alırsınız. Bu məbləğ sizin ehtiyaclarınızı təmin edirmi?

 

-Bəli təqaüd verilir. Açığı əvvəllər təqaüdün az olduğunu düşünürdüm. Çünki hər yerdə olduğu kimi İngiltərədə də infilyasiya baş verir. Qiymətlər artır, hətta bəzi şəhərlərdə insanlar tətil elan edir. Amma Londona nəzərən, Mançester və Liverpul kimi şəhərlərd bu məbləğlə yemək və yataqxana xərclərini qarşılamaq olur.

 

- Təhsilinizi yekunlaşdırdıqdan sonra Azərbaycana qayıtmağı düşünürsünüzmü?

 

- Təhsilimi yekunlaşdırdıqdan sonra təbii ki, Azərbaycana qayıtmağı fikirləşirəm. Bizim buradakı əsas məqsədimiz vətənə və millətə xeyirli fərdlər olmaqdır. Əvvəllər Dövlət Proqramı olmadığı üçün insanlar öz hesablarına xaricə oxumaq üçün gedirdilər. 1001 çətinliklərdən sonra çoxsu heç ölkəsinə də qayıtmırdı. Burada itirən isə təbii ki, biz və bizim xalqımız olurdu. Təhsil almaq möhtəşəm bir şeydir, ancaq aldığımız yeni bilikləri öz xalqımızın inkişafında tətbiq edə bilmiriksə, bu kədərli hadisədir.

 

- Məlumdur ki, hazırda bir çox gənc xaricdə təhsil almağa üstünlük verir. Onlara nə kimi tövsiyələriniz var. Hansı məqamlara diqqət etməlidirlər?

 

 Açıklama yok.

 

- Düşünürəm ki, mənim burada gördüyüm bəzi çətinlikləri əvvəlcədən başqalarına da bildirim. Mümkün qədər çalışsınlar ki, hədəfi öncədən planlasınlar. Dövlət Proqramı hər il siyahı tərtib edir və paylaşır. O siyahıya əvvəlcədən baxıb müəyyən bir fikir formalaşdırmaq lazımdır. Daha sonra namizədlər seçdikləri ixtisasın tələblərinə uyğun sertifikatlar əldə etməlidirlər. Tövsiyəm odur ki, əlavə sertifikatlar alaraq, öz üzərlərində çalışsınlar.