Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-28 15:11:00
Universitetlərdə kompüter təminatı - UNEC- də vəziyyət necədir?

Hazırkı dövrümüzdə rəqəmsallıq bütün fəaliyyət sahələrinə yayıldığı üçün hər bir sahə üzrə sözügedən texniki təchizat lazımi qədər təmin olunmalıdır. Fəaliyyət sahəsi üzrə kompüterlərin istifadəsi məsələsi artıq ən əhəmiyyətli ehtiyaca çevrilib.

 

Bunun üçün də tədrisin demək olar ki, bütün mərhələlərində gənclərə kompüter biliklərinin aşılanması, onlarda istifadə bacarıqlarının təkmilləşdirilməsi zəruridir. Bu baxımdan ali təhsil müəssisələri kompüter təchizatı ilə maksimum dərəcədə təmin olunmalıdır. 

 

Bununla bağlı ətraflı məlumat almaq üçün Azərbaycanın bir sıra ali təhsil müəssisələrinə sorğu ünvanladıq.

 

AzEdu.az-ın sorğusuna cavab verən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədova bildirib ki, spesifik ixtisaslar üçün nəzərdə tutulan kompüterlər kifayət qədərdir:

 

“İmtahan zallarında, müxtəlif auditoriyalarda, əsasən də İT sahəsilə bağlı dərslərdə, kompüter mühəndisliyi, informasiya texnalogiyaları kimi ixtisasların tədris olunduğu auditoriyalarda tələbələrin istifadəsi üçün nəzərdə tutlan kompüterlər daha çoxdur. Çünki bu sahə üzrə təhsil alırlar. Bəzi digər ixtisaslar var ki, onların auditoriyaları üçün kompüterlər nəzərdə tutulmayıb. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, həmin ixtisaslarda kompüter istifadəsi o qədər də tələb olunmur. Kompüter istifadəsi tələb olunan ixtisaslar üçün kifayət qədər texniki təchizat təmin olunub”.

 

Mətbuat katibi əlavə olaraq onu da qeyd edir ki, universitet tamamilə elektronlaşdırılıb:

 

“Auditoriyalarda kompüterlər yox elektron tribunalar var. Müəllim auditoriyada elektron tribunalardan istifadə edərək tələbələrin dərsə davamiyyətini və qiymətləndirilməsini aparır”.