Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-28 10:50:11
BMU - nun kollektivi Zəfər parkında olub

Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

 

AzEdu.az xəbər verir ki, Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzülərək Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

 

Azərbaycanın ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!