Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 18:05:40
Yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır  

2023/2024-cü tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan və xarici dili ingilis dili olan tələbələr üçün səviyyə imtahanı keçirilir. Bütün ixtisasları əhatə edən imtahanlarda tələbələrin qrammatik bilikləri, akademik yazı və oxu bacarıqları yoxlanılır. Nəticələr “Elementary”, “Intermediate”, “Pre intermediate”, “Upper intermediate” və “Academic” səviyyələr üzrə qiymətləndirilir.  

 

AzEdu.az xəbər verir ki, imtahanlar Strateji planlaşdırma şöbəsi və Əcnəbi dillər kafedrası tərəfindən birgə aparılır. İmtahan sualları Əcnəbi dillər kafedrasının müəllimləri tərəfindən yoxlanılır. 

 

Qeyd edək ki, səviyyə imtahanlarının keçirilməsində məqsəd ingilis dilinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mütərəqqi təcrübələri tətbiq etməkdir. Eləcə də, rəqabət qabiliyyətli, bacarıqlı, savadlı mütəxəssislərin hazırlığına imkan verən səmərəli tədris mühiti yaratmaqdır.