Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 12:04:09
Anım Gününə həsr olunmuş intellektual yarış keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Başlanğıc” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, tələbələr Azərbaycan tarixi və II Qarabağ müharibəsi mövzuları ilə bağlı 24 sualı cavablandırıblar. Yarışın sonunda qalib komandalar müəyyənləşdirilərək TGT tərəfindən mükafatlandırılıb.

 

Qeyd edək ki, qalibiyyət uğrunda 6 fakültə və AzMİU-nun nəzdində İnşaatçı Kolleci mübarizə aparıb.