Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-25 09:37:00
Qarabağ iqtisadi rayonu üzrə neçə universitet fəaliyyət göstərir? - AÇIQLANDI

Qarabağ iqtisadi rayonunda yerləşən universitetlərin sayı açıqlanıb.

 

 

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Vüsal Kərimli feysbuk səhifəsində məlumat yayıb.

 

 

Qeyd edib ki, Qarabağ iqtisadi rayonu üzrə 5 universitet (Xankəndi Dövət Universiteti və Ermənistan Kənd təsərüfatı universitetinin filialı) və 3 Özəl Universitet fəaliyyət göstərir.

 

 

“Məlumatlara əsasən, Xankəndi Dövət Universitetində 3000 tələbəyə 350 professor-müəllim dərs keçir”.

 

 

Ekspert burada tədris olunan fakültələri də diqqətə çatdırıb:

 

“Burada Təbiət Elmləri Fakültəsi, Filologiya fakültəsi, Pedaqogika və İdman Fakültəsi, Tarix və hüquq fakültəsi, İqtisadiyyat fakültəsi mövcuddur”.

 

 

Kərimlinin sözlərinə görə universitet 1969-cü ildə Bakı Pedaqoji İnstitutunun Xankəndi filialının (indiki ADPU) bazasında yaradılıb.