Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-22 14:06:00
Müəllimin oğlu şəhidlik zirvəsinə ucalıb
Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasının baş müəllimi Rəfael Heydərovun oğlu, Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Vüqar Heydərov şəhidlik zirvəsinə ucalıb.
 
 
 
AzEdu.az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat yayıb.
 
 
O, bildirib ki, Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov və universitetin professor-müəllim-tələbə, işçi heyəti bu ağır itkidən hədsiz sarsıldığını bildirir, Rəfael Heydərova dərin hüznlə başsağlığı verir.