Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-12 14:01:34
“Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələri nəşr olunub

9-cu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində elektron formada təqdim olunub. 

 

AzEdu.az xəbər verir ki, 10-cu nömrədə isə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub. 

 

Jurnalların elektron versiyasını (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/