Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-09 21:46:24
Ən qədim UNİVERSİTETLƏR - İbrahim Nəbioğlu yazır

 

Tanınmış jurnalist, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu öz Teleqram kanalında dünyanın ən qədim universitetlərinin siyahısı paylaşıb. AzEdu.az olaraq, yazıda maraqlı və mühüm detalların olduğunu nəzərə alıb, onu oxucularmıza təqdim edirik.

 

Bir müddət əvvəl dünyanın ən qədim universitetlərinin siyahisini paylaşmışdım. Bəzi dostlar filan universitet niyə bu siyahıda yer almadı deyə etiraz etdilər. Hətta “Top100”ə düşməli ali məktəblərin adını verdilər. Ancaq bu qəbildən təklif olunan bütün sıralamalar hər zaman natamam qalır, ideal olmur, fikir ayrılıqlarına səbəbiyyət verirlər.

Xeyli keçəndən sonra mövzu qapandı deyə düşündüm…

Sonra qarşıma yeni bir siyahı – nüfuzlu Oksford Universiteti tərəfindən tərtib edilmiş dünyanın ən qədim universitetlərinin sıralaması çıxdı.

Buradakı ilk beşlik belədir (mötərizədə quruluş ili verilib:

1 - Zaituna Universiteti, Tunis (737)
2 - Mərakeş Universiteti (859)
3 - Əl-Əzhər Şərif, Misir (972)
4 - Bolonya Universiteti (1088)
5 - Oksford Universiteti (1096)

Çıxan nəticələr təbii qəbul edilməlidir – İslam maarif mənbəyidir, elmə önəm verir və sairə. Bunları hər kəs bilir. Burada başqa məqamlar da var. Çalışacam fikrimi korrekt şəkildə, fərqli məallara macal vermədən ifadə edim…

Qədim olduğu deyilən hər üç təhsil ocağı məscidlərin nəzdindəki məktəblərdən başqa bir şey deyillər, yəni onlara dini məktəb, yaxud mədrəsə desək daha doğru olar. Burada şagirdlərə ancaq oxuyub-yazmaq və Quran öyrədirdilər.
Təhsil bunlarla məhdud idi.

Kimsə qalxıb “Quran elə Elmdir” deyə tavtalogiyaya meyl etməsin. Söhbət cəbr, həndəsə, astronomiyanın tədrisindən gedir, Müqəddəs Kitabın içindəki dərin hikmət və fəlsəfədən deyil. Zatən Quran-i Kərimi sıravi mömin yorumlamaqdan acizdır.

Müqayisə etmək istəməzdim. Amma…

Romada tam təşkilatlı universitet – İmperator Adrian (lat.Hadrianus, 76 – 138) dövründə açıldı.
135-ci ildə – ərəblərin kədərli nəğmələr oxuyub, bütlərə sitayiş etdiyi vaxtlarda “Roma Ateniumu” yaranmışdı.


Burada ritorika, məntiq, fəlsəfə və hüquq öyrədirdilər.
İmperator Böyük Konstantinin dövründə Atenium (Athenaeum) Konstantinopolda da quruldu.
855-ci ildə Atenium Maqnavar Universitetinə çevrildi.


Maqnavar universitet olaraq həqiqətən də Avropanın ən qədimidir.
Bolonya və digər Avropa universitetləri də Maqnavar modeli əsasında yaradılıb.

Mədrəsələr də zamanla tədris edilən fənlərin sayını artırdılar, teologiyadan tibb və astronomiyaya da keçdilər.


Ancaq Avropadan çox-çox sonra…

O halda Oxford universitetinin belə bir siyahı tutmaqda məqsədi nə ola bilər?


“Yəni ingilislər avrosentrizmdən orientalizməmi keçirlər yoxsa?”, – düşünüb və təbəssüm etdim.

Belə bir orientalizm həvəsində Britaniya kral ailəsi ilə Məhəmməd peyğəmbər arasında qohumluq axtarışı kimi maraqlı məqamları xatırlarsaq ağlımıza gələn fantaziyaların sayı artmazmı?

Bəlkə Böyük Britaniyanın İslam Dünyası ilə flört etməsini Londonun Avrasiya ambisiyalarına yozaq?

Mənə qalsa, yozmaq istərdim. Çünki Avropa İttifaqı “buxov”undan qurtulandan bəri London filiqran bir texnika ilə Şərqin yeni perspektivini – Sem Əminin hörə bilmədiyi xalını ilgək-ilgək “hörməyə” başlayıb…