Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 11:34:56
“Fədakar müəllim”: Beyləqandan Biləsuvara gedir, az maaş alır...  

 

AzEdu.az təhsil portalı “Fədakar müəllim” rubrikasında növbəti müsahibəni təqdim edir.

 


Bu dəfə haqqında bəhs etdiyimiz  Gülnarə Məmmədova bir çox beynəlxalq layihələrdə iştirak edərək, topladığı təcrübələri Azərbaycan məkətəblərində tətbiq etmək niyyətindədir.

 

 

Müsahibəni təqdim edirik:

 

 

- İlk növbədə özünüzü təqdim etməyinizi istərdim...

 

-Mən Gülnarə Məmmədova Biləsuvar rayonunda anadan olmuşam. Nizami Gəncəvi adına 1 sayılı tam orta məktəbdə təhsil alıb, bu məktəbi əla qiymətlərlə bitirmişəm. Daha sonra 2003-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialına xarici dil müəllimliyi faüklətsinə daxil olmuşam. Ali təhsilimi bitirib, doğulduğum rayona qayıtdım. 2 il müddətində Biləsuvar rayon 4 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətimi davam etdirmişəm. Həmin dövrdə məktəbdə “Conversation club”lar açmışam.

 

 

- Dərslərinizi daha keyfiyyətli etmək üçün hansı üsullardan istifadə edirdiniz?

 

 

-Az öncə bəhs etdiyim “Conversation club”larda şagirdləri dil bilikləri səviyyələrinə görə ayırır, bu istiqamətdə onlarda nitqin inkişafı üçün müəyyən dərslər keçirdik. Həmçinin, dərslərin daha keyfiyyətli olması üçün xarici bir nümayəndəmiz var idi. Eyni sinifdə 45 dəqiqəni bölərək, şagirdlərə dərs keçirdik. Dərs dediyimiz siniflərdəki şagirdlər çox savadlı idilər və onların daha çox inkişaf etməsi üçün əlimizdən gələni etməyə çalışdıq.

 

 

-Bəs hələ də həmin məktəbdə fəaliyyət göstərirsiniz?

 

Açıklama yok.

 

-Xeyr,  ailə qurduqdan sonra Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbdə müəllimi kimi fəaliyyətimə davam etdirdim. Şagirdlərin dil bilikləri çox zəif idi, ona görə də bu dövrlərdə artıq şagirdlərlə fərdi məşğul olmağa başlamışdım. Uzun bir müddət heç bir madiyyat güdmədən onlara ingilis dili öyrətməyə çalışdım. Daha sonra mən Dövlət İmtahan Mərkəzinin nəzarətçi komitəsinə daxil oldum. Burada neçə il müddətində nəzarətçi işlədim. Müəyyən səbəblərdən bu sahədən uzaqlaşmalı oldum. 2023-cü ilin mart ayında ingilis dili müəllimi olduğum Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbdə müsabiqə nəticəsində direktor seçildim. Başqa bir regiondan gəlsəm də, buradakı şagirdlər mənim üçün çox doğmadır. Onların hər birinin uğuru mənim uğurum deməkdir. Dərs keçdiyim şagirdlərə kiçik uşaqlar kimi deyil, gələcək üçün yetişəcək böyük vətəndaş kimi baxıram.

 

 

- Məktəb dərslərindən əlavə hansı məşğuliyyətləriniz var?         

 

 Açıklama yok.

 

-Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Britaniya konsulluğunun Beylaqan üzrə açmış olduğu “learning Hub”a müəllim kimi seçilmişdim. Burada əsas məqsədimiz maddi baxımdan imkanı aşağı olan şagirdlərimizdə ingilis dilini inkişaf etdirmək idi.

 

 

Daha sonra Elm və Təhsil Nazirliyi və Amerika səfirliyi ilə qurulan bir layihənin iştirakçısı olmuşam. Bu layihə hər il keçirilir. Şimali Karolina Universitetinin professorlarından  distant təhsil alırıq və bu təhsil müddətində 200-dən çox müəllim həmin distant dərslərə qoşulur. Lakin keçirilən təlimlərin sonunda 30 müəllim qaldı.  Təbii ki, müxtəlif mərhələlərdən keçdik. Axırda isə 30 müəllim yüksək keyfiyyətli sertifikat nişanı ilə təltif olundu. Mən də onlardan biri idim.

 

 

-Görünür ki, müxtəlif layihələrə qoşulmağa böyük marağınız var...

 

 

-Bəli, bunlardan əlavə Amerika konsulluğunun yeni təşəbbüsü olan “Access” layihəsində fəaliyyət göstərirəm. Hazırda da bu fəaliyyətim davam edir. Bunun üçün Beyləqandan xeyli uzaq olan Biləsuvar rayonuna həftədə bir neçə dəfə gedib, məcburi köçkün olan şagirdlərdə ingilis dilinin inkişaf etdirmək üçün dərslər keçirəm. Buradan çox az bir məvacib qazansam da, həmin uşaqların inkişafında rolumun olmasına görə çox sevinirəm. Düzdü, az bir məvacib alıram. Amma mənim üçün əsas qazancım deyil, həmin uşaqların inkişafında hansısa rolumun olmağıdır.

 

 

-Özünüzü inkişaf etdirmək üçün başqa nə kimi fikirləriniz var?

 

Açıklama yok.

 

-Özümü daha çox inkişaf etdirmək üçün qərara gəldim ki, Amerikada yerləşən məktəblərdə və universitetlərdə olum. Burada əsas məqsədim Azərbaycanda təhsili inkişaf etdirmək üçün daha yararlı metodlar öyrənməkdir. Bu səbəbdən “Fulbright Tea Media Literacy” proqramına qoşuldum. Minlərlə müəllim içərisindən 3 nəfər oldu ki, bu proqram çərçivəsində Amerikaya getmə hüququ qazandı. Onlardan biri də mən oldum.

 

 

-Bəs proqramın əsas məqsədi nədir?

 

-Sözügedən proqramın məğzi təkcə təhsil deyil. Burada ölkələr öz milli adət-ənənələrini, yeməklərini, aksesuarlarını və s. təqdim edirlər. Həmçinin vətənimizi beynəlxalq aləmdə tanıtmaq üçün slaydlar da hazırlamışıq. Burada iştirakımızın əsas səbəbi yeni metod və bacarıqlar öyrənib öz ölkəmizin təhsil sitemində tədbiq etməkdir.

 

 

-Başqa hansı ölkələrə səyahət etmisiniz?

 

-Elm və Təhsil Nazirliyi "İnnovativ Məktəb" layihəsi çərçivəsində bizi İsrailə göndərmişdi. Burada bizə müxtəlif təlimlər keçdilər. Əsas məqsəd şagirdlərdə müxtəlif bacarıqları inkişaf etdirib, təhsilimizə bunu yansıtmaq idi. Sözgedən mövzuda gözəl irəlləyişlər əldə etdik. Çalışacam ki, yeni tədris ilindən başlayarq şagirdlərdə innovativ bir ruh yaradım. Fiziki tərbiyə, texnologiya, təsviri incəsənətin  və s. kimi əl bacarıqlarının inkişafı ilə bağlı dərslərdə onlarla yaxından məşğul olum və yeni beyinlər üçün onlara yol açım. Bundan da öncə Gürcüstanda olmuşdum. Amerika Konsulluğunun nəzdində Beynəlxalq Qafqaz Müəllimlərinin konfransı keçirildi. Çox gözəl bir seminarda iştirak etdik. Burada xarici müəllimlərlə tanış olduq, fikirlərimizi bölüşdük qısaca çox maarifləndirici bir konfrans oldu. 

 

 

-Səyahətlər zamanı hansısa maraqlı hadisələrlə qarşılaşmısınız?

 

-Əslində, ölkələrə səyahət zamanı çox maraqlı hadisələrlə qarşılaşırdırq. Məsələn ölü dənizdə olduq. Burada temperatur hədsiz dərəcədə yüksək olsa da, fərqli bir aurası var idi. Məsələn, səyahət zamanı gəzdiyimiz muzeylərin rəqəmsal olması diqqətimizi cəlb edirdi. Burada yansıtma xarekterli, ölmüş insanlar haqqında videoçarxlar hazırlanırdı, sanki həmin insan canlıymış kimi danışırdı. Olduqca maraqlı görüntülər idi. Daha sonra İsraildə olarkən bizim olduğumuz əraziyə bomba atıldı və bizi dərhal sığınacaqlara yerləşdirdilər. Sonradan bizə məlum oldu ki, onların bombaları göydə məhv edən dronları var. Daha çox diqqətimi cəlb edən məsələlərdən biri xaricdə şagirdlərin sərbəst şəkildə layihələr hazırlaması idi. Burada onlar müxtəlif qurğular hazırlayıb, səsverməyə qoyurdular. Kimin layihəsinə daha çox səs gəlirsə, o qalib olur və mükafatlandırılırdı. Bu mənim üçün maraqlı bir təcrübə idi.