Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-30 16:11:06
“Brend tələbə”dən tövsiyə: “Sosial olmaq üçün gənclər təşkilatları əla fürsətdir”

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək göstəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini ali təhsil müəssisələrinə yeni qəbul olunan abituriyentlərlə bölüşməsidir.

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Cavanşir Abdullayevdir.

 

“Brend tələbə” ali təhsil müəssisələrinə yeni qəbul olunan abituriyentlərə öz tövsiyələrini verib:

 

“İlk növbədə univeristetin birinci günündən öz tələbə yoldaşları ilə səmimi və mehriban olmalı, müəllimlərinə hər zaman hörmət bəsləməli və dərslərinə diqqətlə yanaşmalıdırlar. Dərslərlə yanaşı sosial-ictimai tələbə olmağa diqqət yetirmələri tövsiyə olunandır. Universitetdə fəaliyyət göstərən gənclər təşkilatları bunun üçün əla fürsətdir. Fəal tələbə olmaq və əhatə genişləndirilməsi üçün ideal vasitədir. Onun sayəsində həm öyrənəcək, həm əylənəcək, həm də dünya görüşlərini artıracaqlar. Semestr imtahanlarına son gün yox, məhz ilk gündən hazırlaşmaları daha məqsədəuyğundur. Tələbə adını qazanacaq bütün abituriyentlərə uğurlar arzu edirəm!”.