Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 17:34:00
“Brend tələbə” yol göstərdi: “Az qüvvə ilə çox iş görmək olar”  

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini ali təhsil müəssisələrinə yeni qəbul olunan abituriyentlərlə bölüşməsidir.

 

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi Təhmasib İmaməliyevdir.

 

O, qeyd edib ki, insan həyatı müəyyən keçid mərhələlərindən ibarətdir:

 

“Bir-birindən xarakterləri ilə fərqlənən bu mərhələlərin bəzisi təməl xarakteri daşıyarkən, bəzisi bu təməllər üzərində qurulan sütunlardır. Bu mərhələlər insan ömrü davam etdikcə yüksələn istiqamətdə inkişaf edir. İnsan ömründə ən vacib mərhələlərdən biri isə ali təhsil müddətidir. Tələbəlik illərində hər bir gənc müxtəlif fəaliyyətlərə istiqamətlənir. İctimai iş, Elmi-Tədqiqat sahəsi, siyasi fəaliyyət və s. istiqamətlər buna misaldır.

 

Müasir dövrümüzün reallıqlarına nəzər yetirdikdə bugünkü, gənclərin eyni anda sadaladığım bütün istiqamətlərə yiyələnmək şanslarının mövcudluğunun şahidi ola bilərik. Bu gün gənclərimiz ictimai fəaliyyətdə olaraq, sosial mühitin tərəqqisinə, reputasiyalarının artmasına təsir edəcək amillərin mümkünlüyünü o cümlədən siyasi proseslərə düzgün qiymət verməklə, həmçinin bu proseslərə qoşulmaqla müasir Azərbaycanımızın yüksəlməkdə olan inkişafına öz töfhələrini verəcəklərinin reallığı hər birimizə əyandır.

 

Bütün bu proseslər üzərində çalışan, yeni tələbə adını qazanmış gənclərimizin həmçinin arxa fonda daimi olaraq elmi-tədqiqat işi apararaq cəmiyyətimizdə yeni kadr hazırlıqlarına əvəzsiz töfhə verəcəkləri də günümüzün reallığıdır. Yeni tələbə adını qazanmış gənclərimiz bütün bu faktorları nəzərə alaraq respublikamızda çoxşaxəli istiqamətlərə və yüksək standartlara malik universitetlərimizdə keyfiyyətli təhsil imkanlarından yararlanmalı, ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi Gənclər siyasətinin parçası olmağı bacarmalıdırlar”.

 

“Brend tələbə” vurğulayıb ki, tələbəlik illərində müsbət və mənfi bir çox hadisələrlə qarşılaşırıq:

 

“Tələbəlik illəri əsl dostluqların, yoldaşlıqların qurulduğu illərdir. Universitetə qədəm qoyulan andan etibarən doğma respublikamızın müxtəlif regionlarından gələn, o cümlədən xaricdən təhsil almaq üçün vətənimizə gəlmiş tələbələrlə rastlaşırıq. Bəziləri ilə söhbətimiz xoş keçir, bəziləri ilə müxtəlif ziddiyyətlər yaşayırıq. O səbəbdəndir ki, tələbəlik illəri insan həyatında ən əvəz olunmaz xatirələrlə dolu olur. Xoş və ya xoş olmayan fərq etməz bu xatirələr insan həyatının bütün gedişatını müəyyənləşdirir. Tələbəlik illərində dostlar xüsusi həssaslıqla seçilməli, bu qərarları alarkən mümkün qədər tələsməməliyik. Düzdür, nəzərə almaq lazımdır ki, səhv buraxmaq, yanlış qərar vermək insana məxsusdur.

 

Tarixin daim təkrarlanması da bunun təzahürüdür ki, insan daim olaraq səhvlərdən, yanlış qərarlarından nəticə çıxarmalıdır. Bu gün, yəni, tələbəlik illərində seçilən dostlar gələcək üçün biraz sərt səslənsə də investisiyadır. Bəlkə də atalarımızın məhşur misallarından biri olan “Dostunu göstər deyim sən kimsən” ifadəsinin yeridir”.

 

Müsahibimizin sözlərinə görə ali məktəbə yeni qəbul olunanlar sessiya imtahanları və davamiyyətə xüsusi diqqət yetirməlidirlər:

 

 “Dərslər mövzusu bir qədər daha xüsusi məqamdır. Bu yerdə tələbələrimizə daha diqqətli olmalarını tövsiyyə edirəm. İstər davamiyyət mövzusunda, istərsə aralıq imtahanları mövzusunda, istərsə də sessiya imtahanlarına hazırlıq mövzusunda. Bəzi az qisim tələbələrin buraxdığı nöqsanlardan biri də sessiya imtahanlarına bir ay qalmış yaxud bir aydan az müddət üzərində hazırlaşırlar. Lakin gündəlik olaraq mövzular üzərində çalışılması daha effektivdir. Bura Fizika elmində olan “Ling” qanununu misal çəkmək olar. Az qüvvə sərf etməklə çox iş görmək.

 

Məncə, semestr imtahanlarına hazırlıq prosesi hər bir tələbə üçün tədris ili başladığı gündən start götürməlidir. Gündəlik aparılan müvafiq mövzular üzrə elmi-tədqiqat işləri, yekun imtahan nəticələrində tələbələrin yüksək nəticə almalarına, həmçinin, təhsil keyfiyyətinin yaxşılaşmasına yönəlmiş ən effektiv metoddur. Bununla belə tələbələrə tövsiyə edirik ki, semestr boyu keçirilən dərslərə diqqətlə yanaşsınlar və heç bir dərsi buraxmamağa çalışsınlar. Tələbələrə elə gəlir ki, bəzi dərsləri buraxıb onları sonda oxumaq mümkündür. Lakin hər bir tələbə başa düşməlidir ki, hər gün az-az oxunulan materialla, anidən öyrənilən arasında böyük fərqlər var. Bununla bağlı hətta ataların gözəl bir misalı belə var: “Dama-dama göl olar”. Bundan başqa, semestr boyu özləri üçün qeydlər aparmalıdırlar ki, imtahana hazırlıq prossesində bundan rahatlıqla istifadə edə bilsinlər”.

 

İmaməliyev onu da qeyd edib ki, tələbəlik illərində həm əylənib, həm də öyrənmək üçün könüllü təşkilatlara qoşulmaq lazımdır:

 

“Fəal tələbə anlayışı hər bir gənc üçün fərqli konseptləri özündə əks etdirə bilər. Universitetlərdə müxtəlif tələbə təşkilatları mövcuddur. Tələbələr bu təşkilatlara qoşularaq öz fəallıqlarını üzə çıxara və potensiallarını ortaya qoya bilərlər. Təhsil müddətində, o cümlədən universitet mühitində mənim mövqeyim fəal gənclərin “Tələbə Gənclər Təşkilat”ı sıralarına qatılması və bu hərəkatın bir parçasına çevrilməsidir. “Tələbə Gənclər Təşkilatı” tələbələrə yeni-yeni dostluqların qazanılması üçün yaradıla biləcək ən gözəl şanslardandır.

 

Burada gənclər bir çətir altında birləşərək, həm əylənir, həm də öyrənirlər. “Tələbə Gənclər Təşkilatı”nın əsas məqsəd və hədəflərindən biri tələbələrin hüquqlarının qorunmasını təmin etmək, bu istiqamətlərdə bütün lazımi addımların atılmasına təşəbbüs göstərməkdir. Paralel olaraq “Tələbə Gənclər Təşkilatı”nın fəaliyyət istiqamətləri sırasında tələbələrin asudə vaxtının səmərəli keçməsini təmin etməkdir. Bunlara misal olaraq müxtəlif mövsümlərdə, fərqli mövzu başlıqları ilə keçirilən düşərgələr, həmçinin, il ərzində keçirilən təlimlər, əyləncə proqramlarını göstərmək olar”.