Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 16:34:00
Qarabağda 4 məktəb: Tarixi abidələr daha geniş öyrədilməlidir  

 

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) 2764 şagird yerlik 4 məktəb inşa edilib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

 

Bir sözlə, təhsil Qarabağa qayıdır. Bunun  yüksək tarixi əhəmiyyətə malik olduğunu deyən tarix elmləri namizədi Boran Əziz qeyd edib ki, Böyük Qayıdış üçün əhəmiyyətli məsələrdən biri sakinlərin yerləşəcəyi ərazilərdə məktəblər və uşaq bağçalarının açılmasıdır:

 

“Bu, təkcə vaxtilə oradan didərgin düşməyə məcbur olmuş sakinlər üçün deyil, həmçinin uzun müddətdir ki, həmin ərazilərdə xidmət göstərən və ailələrindən uzaq qalan hərbçilərimizin ailələrinin həmin ərazilərə köçməsinə imkan yaradacaq.

 

Şübhəsiz, Qarabağ və ya Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir. Oradakı məktəblərdə tədrisi fərqli həyata keçirmək nə dərəcədə doğru olar, bilmirəm. Amma relyefi nəzərə alsaq, yerli tarixi abidələr haqqında daha geniş məlumatlandırılmaların həyata keçirilməsi daha doğru olardı. Eramızdan əvvəl IV-III minilliklərdə Kəlbəcər, Laçın əraziləri insan yaşayış məskənləri ilə zəngin olub. Həmçinin burada Alban abidələri də mövcuddur. Bunların dərsliklərə daxil edilməsi, daha geniş tədrisinin aparılması doğru addım olardı”.

 

Ermənilərdən soruşan yoxdur ki... - Boran Əziz | Hafta.az

 

Ermənilərin torpaqlarımızda həyata keçirdiyi dağıntıların bəşəri cinayət olduğunu söyləyən tarixçi bunların məktəbdə müvafiq tədrisinin həyata keçirilməsini məqəsəduyğun hesab edir:

 

 

“Müdafiə Nazirliyinin müvafiq idarələri ilə bir neçə gündür ki, Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Gəncə Qarnizonunda əsgərlərin qarşısında çıxışlar etdik. Bu çıxışlar Qarabağdakı tarixi abidələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı idi. Ermənilər insanlarla, onların yaşayış yerləri ilə bərabər insanlıq tarixini öyrənən dəyərli abidələri də məhv ediblər. Bu bəşəri cinayətdir və dünya ictimaiyyətinə çatdırılması üçün məktəblərdə buna müvafiq tədrisin həyata keçirilməsi məqsəduyğundur”.

 

 

Dosentin irəli sürdüyü digər bir təklif də məktəblərdə ekskursiya və təcrübələrin təşkil olunması ilə bağlıdır:

 

 

“Bu təcrübələr həm dağıdılmış tarixi qəbiristanlıqlar, müqəddəs yerlərimiz, pirlər, məsciddlər və s, həm də digər tarixi abidələrimizlə bağlı olmalıdır. Çünki həmin yerlərin bir qismi sadəcə 1976-cı tədqiq olunmuşdur”.

 

 

Müsahibimiz həmin ərazilərin relyefinin, abidələrimizin, dağıdılmaların yer aldığı videoçarxların hazırlanmasını təklif edir:

 

 

 “Dərs zamanı getmək mümkün deyilsə, həmin videoçarxlarla məlumatlandırmalar həyata keçirilsin. Sosial şəbəkələrdə paylaşılıb daha çox şəxsə çatması baxımından bir çox xarici dildə hazılranmaları daha faydalı olardı”.