Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 10:11:00
“Brend tələbə”dən qızıl qeyd: “ Universitet təhsili ilə kifayətlənməyin! ”  

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək göstəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini ali təhsil müəssisələrinə yeni qəbul olunan abituriyentlərlə bölüşməsidir.

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) lV kurs tələbəsi Bikəxanım Qulaməddinovadır.

 

“Brend tələbə” vurğulayıb ki, universitetə qəbul olunan abituriyentlər oradakı təhsillə kifayətlənməsinlər:

 

“Abituriyentlər ali təhsil ocaqlarına qəbul olduqdan sonra ilk günlər universitetin yolunu öyrənəcək, dərslərə, müəllimlərə adaptasiya olmağa çalışacaqlar. Hər kəs özünəməxsus davranışlar sərgiləyəcək. Lakin hər birinə tövsiyəm ondan ibarətdir ki, orta məktəb pilləsi ilə, ali təhsil pilləsini tərəzinin eyni gözünə qoymasınlar. Çünki artıq bu, yeni həyata bir addımdır. Universitetə qəbul olunduqda dərslərə məsuliyyətlə və diqqətlə yanaşmaqları, universitet bitənə qədər eyni səviyyədə qalsın. Ali təhsil aldıqları zaman yalnız dərslərlə kifayətlənməsinlər, dil kursları, müəyyən SMM (Sosial Media Marketinq), Qrafik dizayner və başqa sahələr üzrə belə kurslara gedə bilərlər ki, o sahələrdəndə xəbərdar olsunlar və öz ixtisasları ilə başqa ixtisaslar arasında inteqrasiya yaratmağı bacarsınlar. Müəyyən təşkilatlara üzv olub, sosiallaşsınlar ki, özlərini daha çox sübut edə bilsinlər və “əsl məni” tapsınlar”.

 

Müsahibimizin sözlərinə görə abituriyentlər universitetin ilk günlərində yeni dostluqlar qurmağa çox da tələsməsinlər:

 

“ Yeni dostluqlar ilk günlərdən başlayaraq zamanla qurulacaqdır. Lakin mənə görə bu dostluq deyil, yoldaşlıq anlayışı olacaq. Stress və gərginlik dolu günlərdən keçib tələbə adını qazananlarımız, yeni dostluqlar qurub, o dostluqlarda yanılsalar, situasiya onlar üçün xoş olmayacaq. Bunun üçün onların hamı güvənlidir deməyini düzgün hesab etmirəm. Bir müddət ətrafı müşahidə etməyə, özünə uyğun insanla yoldaşlıq etməyi, lakin hər sirrini ona verməməyi məsləhət görürəm. Çünk insanı ən çox özü tanıyır. Dərslərə gəldikdə, 4 illik universitet həyatımda hər fənnimə məxsus dəftərim var. Hər birinin mütləq şəkildə ən azından bir dəftər və qələmi olsun. Lazımi qeydləri aparsınlar, kitabxanalardan kitablar götürsünlər, elektron kitab yox, əyani kitab oxumağa, araşdırmağa üstünlük versinlər. Mənim hətta bir qeyd dəfətim var, orada birinci kurs, birinci smestrdan olan hər keçdiyim fənn, fənni mənə tədris edən müəllimlərimin ad, soyadları və imtahanlardan aldığım qiymətlərim var. Çünki, hər bir müəllimin bizim üzərimizdə əvəzolunmayacaq dərəcədə əziyyəti olur. Və ildən-ilə görürəm ki, dərs nəticələrim və müəllimlərlə əlaqəm daha da yüksək səviyyəyə yüksəlir. Bu, hər smestr özümdə olan mənfiləri görməklə əlaqədardır deyə bilərəm. Bir gün daha yüksək pillədə olacağıma inanıram. Qeyd dəftərimdə olan müəllimlərimi unutmayacağam”.

 

Həmsöhbətimiz vurğulayıb ki, fəal tələbə olmaq gələcək inkişafları üçün çox önəmlidir:

 Açıklama yok.

“Mən orta məktəbdə musiqi təhsilim zamanı müəyyən uğurlar əldə etmişəm. Amma universitetdə sosiallaşdığım dövrdə daha üst səviyyəyə yüksəldim. Universitetdaxili təşkilatlardan başlayın. Siz istəsəniz hərşeyi çox əla formatda çatdıra bilərsiniz. Bir neçə təşkilatlara qatılın, hansı sizə yaxın istiqamətdə fəaliyyət göstərirsə, hansında daha çox təcrübə qazanırsınızsa onun üzərində daha çox çalışın ki, orada yüksələsiniz. Bu təşkilatlarda siz həm təcrübə qazanacaqsınız, həm həyata fərqli baxış bucaqlarından baxacaqsınız, həm də sosiallaşacaqsınız. Sosiallaşmağınız həyatınızın ən böyük uğuru olacaqdır. Mən həyatımda “Duruş nöqtəm haradır?” sualının cavabını belə bu sosial olmağım sayəsində tapdım. Nə qədər kitab oxudum, oxuyuram, əvvəl çox şey öyrənirdim, amma fəal tələbə olandan etibarən, kitabları oxuduqda hər şeyin  necə gedəcəyini bilir və kitabın növbəti fəsillərindən xəbərdar oluram. İndi kitab yazıram”.

 

B. Qulaməddinova yeni qəbul olunan tələbələrin smestr imtahanlarına necə hazırlaşmalı olduqlarından da söz açıb:

 

“Bir kursda, iki smestr olur. Hər iki smestrda dərslərdə mühazirələri dinləsələr, seminarları ən azı bir dəfə oxusalar, imtahana hazırlaşmaq onlar üçün qat-qat asan olacaq. İmtahana hazırlaşarkən, hazırlaşacaqları materialları əyani formada çıxartdırıb, hazır etsinlər, elektron variantda olduqda, fikir çox yayınır. Özləri üçün konspektlər hazırlasınlar. İmtahan zamanı köçürtmək halını heç zaman düşünməsinlər. İlboyu "yola verəcəm" düşüncəsini dilə və ağıla gətirməsinlər. Ən azı iki günlərini belə ciddi formatda imtahan üçün ayırsalar, imtahan nəticələri çox əla ola bilər. Hər bir şey insanın öz iradəsindən asılıdır, A aldığım imtahanlarımın çoxunu mən son bir günə hazırlaşmışam. Bunun səbəbi ilboyu dərsdən xəbərdar olmağım və yaddaşımın yaxşı olması olubdur. Əziz abituriyentlər, dərslərə az da olsa zaman ayırsanız kəsirsiz bir tələbəlik həyatınız olacaqdır. Tələbəlik həyatınızı inkişaf edərək, təcrübə qazanaraq yaşayın. Sizə keçirilən dərslərlə bəsdir deyib durmayın, hazırda sizə her yerdə “yaşıl işıq”dır, yetər ki, siz cəld, operativ şəkildə hərəkətə keçəsiniz”.