Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 16:53:22
“Kadrların seçilməsi” mövzusunda TƏLİM

23 avqust 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub. Təlimdə Nazirliyin 30 əməkdaşı iştirak edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlim zamanı iştirakçılar insan resursları anlayışı, kadrların seçilməsində yeni trendlər, eləcə də fəaliyyətin qiymətləndirilməsi mövzularında nəzəri və praktiki biliklər qazanıblar. Bununla yanaşı, təlim ərzində HR sahəsində beynəlxalq yanaşmaların müqayisəli təhlili aparılaraq interaktiv müzakirələrə yer verilib. 

 

Qeyd edək ki, DİM dövlət qurumları, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda mütəmadi təlimlər təşkil edir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.