Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 13:28:39
Amerikalı qonaq LDU-da olub - FOTO 

ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric  Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində olub.

AzEdu.az xəbər verir ki, qonağı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  qəbul edib.  Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib.  Söhbət zamanı  professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib və  tərəflər arasında  işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydalı olacağını deyib.  Universitetdə  son illərdə gedən təhsil islahatlarından, maddi –texniki bazanın dünya standartlarına uyğun şəkildə yeniləndiyindən söz açan universitet rəsmisi  məqsədlərinin müasir tələblərə cavab verən, bazar  rəqabətinə  davam gətirən kadr hazırlığı olduğunu, LDU ilə Kaliforniya şəhərlərindəki ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını deyib, müəllim-tələbə mübadiləsinin səmərəliliyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən amerikalı qonaq LDU ilə tanışlıqdan, burda  gördüklərindən məmnun  olduğunu bildirib. Universitetdə təcrübi məşğələlərə geniş yer ayrılmasınI, kadrların praktik hazırlığına böyük önəm verilməsini müsbət təcrübə kimi dəyərləndirən xanım Nensi bu xətti ardıcıl davam etdirməyi tövsiyə edib.

Amerikalı qonaq LDU-da  təhsil alan tələbələrlə görüşə də vaxt tapıb.Tələbələrlə  görüş qarşılıqlı dialoq və disskusiya şəraitində, rəsmilərin iştirakı olmadan  keçib.

Görüşdən sonra xanım Nensi Selfrici xoş təəssüratını LDU rəhbərliyi ilə bölüşüb və tələbələrin hazırlıq səviyyəsindən, diskussiya bacarıqlarından  razı qaldığını deyib. Öz növbəsində professor Natiq İbrahimov da   amerikalı qonağa  LDU-ya  gəldiyinə görə minnətdarlıq bildirib,   xatirə hədiyyəsi təqdim edib.

Xatırladaq ki,  Monterey və Lənkəran şəhərləri arasında Qardaşlaşmış Münasibətlər haqqında müvafiq razılaşma  2011-ci ilin iyun ayında , Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin Kaliforniya ştatına işgüzar səfəri çərçivəsində imzalanmışdı.