Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 12:29:00
Dövlət orqanlarında  dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən  müsahibələr yekunlaşdı

Müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçən 22 namizəddən 20 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 2 namizəd lazımi keçid balını toplaya bilməyib.

AzEdu.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi, Məhkəmə-Hüquq Şurası və Mədəniyyət Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq olaraq 2018-ci il 20 avqust, 27 avqust və 5 sentyabr tarixlərində elan edilmiş daxili müsahibələr başa çatıb. Elan çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və sektor müdiri, Mədəniyyət Nazirliyinin Aparatında isə şöbə müdirinin müavini və sektor müdiri vəzifələri olub.

Müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 22 namizəddən 20 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 2 namizəd lazımi keçid balını toplaya bilməyib.

Ümumilikdə, müsabiqəyə təqdim olunmuş 12 vakant dövlət qulluğu vəzifəsindən 11 vəzifəyə 22 namizəd uyğun bilinmiş, 1 vəzifəyə isə heç bir namizəd uyğun hesab olunmayıb.