Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 11:20:04
Hansı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi daha aktivdir, fəaliyyəti qaneedicidir? - SORĞU

Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan təşkilatdır. THİK universitetdə tələbələri ictimai işlərə cəlb edərək onların formalaşmaları, yataqxana ilə təmin olunmaları, universitetin daxili nizam-intizam qaydalarına riayət etmələri, asudə vaxtlarını dəyərləndirmələri və digər vacib istiqamətlər üzrə fəaliyyət göstərir.

AzEdu.az saytının növbəti sorğusu da universitetlərdə fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitələri ilə bağlıdır.

Sorğu sualı belədir: Azərbaycanda hansı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi daha aktiv fəaliyyət göstərir?

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

1. Bakı Dövlət Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi;

2.UNEC- Tələbə Həmkarlar İttifaqı Komitəsi;

3. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Həmkarlar İttifaqı Komitəsi;

4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Tələbə Həmkarlar İttifaqı Komitəsi;

5. Azərbaycan Tibb Universiteti- Tələbə Həmkarlar İttifaqı Komitəsi;

6. Bakı Ali Neft Məktəbi - Tələbə Həmkarlar İttifaqı Komitəsi;

7. Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi

8. Azərbaycan Memarlıq və İnşaat Universiteti – Tələbə Həmkarlar Təşkilat;

9.Azərbaycan Texniki Universiteti – Tələbə Həmkarlar İttifaqı Komitəsi:

10.Bakı Slavyan Universiteti – Tələbə Həmkarlar Təşkilatı;

11.Azərbaycan Dillər Universiteti – Həmkarlar İttifaqı Komitəsi;

12. Bakı Mühəndislik Universiteti –Tələbə Həmkarlar Təşkilatı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları