Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 11:32:00
Sertifikasiya: müsahibə mərhələsi nə zaman keçiriləcək ? - RƏSMİ 

Məlum olduğu kimi, 2023-cü ilin 20-24 iyun tarixlərində Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi baş tutdu.

 

Müsabiqənin test imtahanı mərhələsindən keçən müəllimlər müsahibəyə dəvət olunacaqlar.

 

Növbəti mərhələdə müəllimlər kompüterlə onlayn suallara cavab verəcəklər. Müsahibə mərhələsi hər bir müəllim üçün maksimum 20 dəqiqə sürəcək. 

 

Bəs sertifikasiyanın müsahibə mərhələsi hansı tarixdə keçiriləcək?

 

AzEdu.az sözügedən məsələni aydınlaşdırmaq üçün Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Nazirlikdən bildirilib ki, hazırda dəqiq tarixlər barədə məlumat yoxdur:

 

“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli sertifikasiyanın müsahibə mərhələsinin sentyabrın sonuna kimi yekunlaşacağını qeyd edib.