Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 13:34:00
İxtsasını universitet yox, kursda öyrənənlər... - Rəqabət güclənir!  

 

 

Zaman-zaman ali təhsil müəssisələrindəki tədris müddətinin 4 il olması məsələsi gündəmə gətirilir. Mövzu müxtəlif aspektlərdən müzakirə olunur. Hətta iddia olunur ki, bəzi ixtisaslar üçün 4 il çox böyük zaman kəsiyidir. Çünki həmin ixtisasları akademiya və kurslarda təxminən 6 ay və 1 ilə əxz etmək mümkün olur.  Yəni universitetdən fərqli olaraq, kurslar daha az müddətə bu sahəyə kadr təqdim edir. Bu zaman abituriyentlər də universitetdə 4 il vaxt itirməkdənsə, kursların daha məqsədəuyğun olduğunu düşünürlər.

 

 

Məsələyə münasibət bildirən təhsil eksperti Adil Vəliyev AzEdu.az-a bildirib ki, ixtisas seçimi zamanı bellə məqamlar tez-tez qarşılaşır:

 

 

“I və II qruplarda 2 fərqli düşüncəli abituriyent tipi ilə qarşılaşılır. Birinci kateqoriyaya aid olanlar topladıqları bala uyğun ən yaxşı ixtisasda, ödənişli belə olsa, təhsil almaq istəyir. Digərləri balına uyğun, ixtisas fərqi olmadan pulsuz təhsil alıb, istədikləri sahə üzrə ödənişli kursa getmək istəyirlər”.