Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 14:40:00
Bu uşaqlar üçün məktəbli forması pulsuz ola bilər - Deputat yol göstərdi  

 

 

 

Ötənlərdə tanınmış müğənni Nura Suri məktəbli formalarının qiymətlərinin yüksək olmasını ilə bağlı narazılığını ifadə edib.

 

İfaçı qeyd edib ki, məktəbli formaları pulsuz olmalıdır:

 

 

"Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir status çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın? Dövlət məktəbləri pulsuzdursa, forma da pulsuz olsun!".

 

Əlbəttə, müğənninin etirazında haqlı məqamlar olmamış deyil. Elə ailələr var ki, məktəbə 3, hətta 4 uşaq yola salır. Onlar üçün hər uşağa yeni məktəbli forması almaq olduqca çətindir. O ailənin sosial şəraiti ağırdırsa, məktəbli geyimləri isə “dərdi dərd üstə çatacaq”. Məhz bu fikirdən yola çıxaraq bəzi ekspertlər təklif edirlər ki, bu sayaq ailələrin övladları məktəbli formaları ilə təmin oluna bilərlər.

 

 

Maraqlıdır, sosial durumu qənaətbəxş olmayan ailələr üçün hansısa dəstək nəzərdə tutula bilərmi?

 

 Millət vəkili Vahid Əhmədov müsahibəsinə görə "cəzalandırıldı" - BBC News  Azərbaycanca

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan millət vəkili  Vahid Əhmədov deyib ki. həmin ailələrin forma ilə təmin olmasına biznes strukturları və iri şirkətlər dəstək verə bilər:

 

 

 

“Məktəbə gedən şagirdlərin bir-birindən fərqlənməməyi üçün məktəbli formaları vacibdir. Üstəlik, fəsillərə müvafiq yeni formalar satışa buraxılıb. Ancaq yeni təyin olunan formaları almağa imkanı çatmayan ailələrin olduğu da danılmazdır. Hökumətin onların sosial vəziyyəti ilə əlaqədar tədbir görməsi zəruridir.

 

 

Burada bizə biznes strukturları və iri şirkətlər yardımçı ola bilərlər. Dəfələrlə imkansız şəxslərə bu kimi yardımların edilməsini görmüşük. Fiziki şəxslərin dəstəyi ilə sözügedən mövzuda problem yaşayan ailələrə dəstək göstərilə bilər”.

 

 

Parlament üzvünün fikrincə, həmin formaların satışa çıxarıldığı mağazalar üçün imkansız şəxslərə güzəşt etmək məsələsində heç bir problem ola bilməz:

 

 

“Bu onların maddi maraqlarına elə də böyük təsir göstərməyəcək”.