Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 16:35:00
“150 balla qəbul olunanlar 1000 manatdan işə götürülür” - AÇIQLAMA  

Xəbər verdiyimiz ki, 11 avqustda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupları üzrə ixtisas seçimləri ilə bağlı məlumat verib. DİM sədri bildirib ki, 150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar.

 

Sosial şəbəkələrdə bu məsələ ətrafında ciddi müzakirələr aparılır. Bəziləri iddia edir ki, maksimum (700) baldan 150 bal nəticə əldə etmək orta məktəbdə 2-3 qiyməti almağa bərabərdir. Bir sözlə, orta məktəbi 2 və 3 qiymətləri ilə bitirən abituriyentlərin ali təhsil müəssisələrinə cəlb edilməsi birmənalı qarşılanmır.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, 150 ballıq ixtisaslara çox böyük ehtiyac var. Onun sözügedən ixtisasların ölkəmizdə əhəmiyyətli olduğunu deyib:

 

“150 ballıq ixtisaslar daha çox praktikidir. Xəzər və Xəzəryanı sahələr, eyni zamanda, Kür-Araz ovalıqları və Qarabağ iqtisadi zonasındakı çay və göllərimizdə olan su ehtiyatları, orada olan canlıların qorunması, saxlanılması və digər məsələlərlə bağlı bu ixtisaslara çox böyük ehtiyac var. Məhz buna görə də həmin ixtisaslar üçün aşağı bal tələb olunur ki, məktəbdə aşağı nəticə əldə edən şagirdlər bu ixtisaslara qəbul ola bilsinlər.

 

Eyni zamanda, 3-4 il ərzində universitetdə ali təhsil alan tələbələr cəmiyyətdə kifayət qədər sosiallaşırlar və gələcək karyeralarında onların cinayət törətmələri digərləri ilə müqayisədə daha az olur. Universitetlərə qəbulu bir az rahatlaşdırmaq digər tərəfdən bununla da bağlıdır”.

 

Açıklama yok.

 

Ekspert qeyd edib ki, xaricə kütləvi şəkildə axın var:

 

“Akademik göstəriciləri daha yüksək olanlar, beynəlxalq müsabiqələrdə qalib olanlar, xüsusən də dövlət proqramı çərçivəsində nüfuzlu xarici universitetlərə müraciət edirlər. Artıq hətta 150 bal toplaya bilməyənlər belə xarici dövlətlərə üz tuturlar. Ümumi olaraq, kütləvi şəkildə xaricə axın var. Bu addımlar da bir yandan həmin axının qarşısının alınmasına hədəflənib. Təbii ki, aşağı bal toplayan şagirdlərə dərs keçmək kifayət qədər çətindir. Universitet müəllimi olaraq bu çətinliyi hiss edirəm. Buna baxmayaraq, orada kütlə bərabər olduğuna görə, yəni tələbələrin hamısı eyni səviyyədə olduğuna görə ortaq bir məxrəcə gəlib fənni tədris etmək mümkündür”.

 

S.Abdullayev bu ixtisasların əmək bazarında yeri barədə də məlumat verib:

 

“Mövcud şəraitdə bu ixtisaslar üçün daha çox Gəncədəki Aqrar Universitetə kifayət qədər tələblər böyükdür. Bu ali təhsil müəssisəsini bitirənlər yüksək maaşla işlə də təmin olunur. Məsələn, balıqçılıq təsərrüfatı ilə məşğul olan bir kadr minimum 1000 manatdan işə götürülür. Qeyd edim ki, heç 500-600 bal toplayıb müəllimlik ixtisasını bitirənlərdə belə məvacib yoxdur. Bu nəticələri nəzərə almaqla 150 ballıq ixtisasların olması labüddür”.