Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 14:27:00
Elmi konfranslar bayağılaşdırılır - Professordan RƏY  

 

"Son vaxtlar, psevdo-konfranslar elmi təşkilatların təşkil etdiyi nəticə yönümlü real konfransları üstələyir".

 


Bunu AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov elmi konfransların təşkilindəki nöqsanlardan danışarkən bildirib:

 


O bildirib ki, elmi konfrans - elmi fəaliyyətin təşkilati formasıdır və elmi konfrans çərçivəsində professor-müəllim heyəti, elmi işçilər və doktorantlar apardıqları elmi tədqiqat nəticələrinin müzakirəsinin təşkilati formasıdır:

 

“Əyalət universitetlərindən birinin keçirdiyi elmi konfransın plenar iclasının 5 iştirakçısının 5 –də elmi - tədqiqatla məşğul olmayan, sadəcə tədbirlərdə özlərini reklam edən "Na vsex cvadbax jenix" obrazında olan meşanlardır. Son vaxtlar, psevdo-konfranslar (əsas məqsədləri elmi inkişaf etdirmək deyil, özlərini reklam etməkdir) elmi təşkilatların təşkil etdiyi nəticə yönümlü real konfransları üstələyir.

 


Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərin elmi çəki və statusunun dəyəri, o tədbirin nüfuzlu elmi ictimaiyyət tərəfindən qəbuludur.

 

Elmi tədbirlərdə - elmi tədqiqat nəticələrinin açıq fikir mübadiləsi və elmi müzakirələri həyata keçirilir.

 

Elmi tədbirlərin keçirilməsində məqsəd elmi tədqiqatlarının prioritet istiqamətlərinin, onun elmi məktəblərinin tətbiqi fundamental və elmi-tətbiqi tədqiqatlarının inkişaf etdirilməsi, akademik mühit ilə toplum arasında effektiv əməkdaşlığın, beynəlxalq səviyyədə elmi əlaqələrin genişləndirilməsi, beynəlxalq elmi fəaliyyətin aktivliyinin və keyfiyyətinin, elmi tədqiqat nəticələrinin tədris prosesində istifadəsidir.

 

 

Konfransın təşkilində və keçirilməsində əsas rol, bir qayda olaraq, nüfulu alimlərin daxil olduğu elm komitəsi oynayır.

 

Elm komitəsi gözlənilən məruzələrin tematik istiqamətini müəyyənləşdirir və elmi proqramı formalaşdırır. Konfrans adətən məqalələr toplusunun nəşri ilə müşayiət olunur.

 


Əksəriyyətinin elmi dəyəri az olan və ya heç olmayan konfransların təşkili və məqalələrin kütləvi şəkildə yazılması, akademik etikadan asılı olmayaraq nəyin bahasına olursa -olsun nəşr etmək, böyük transmilli nəşriyyatların hərisliyi və onlarla əlbir olan “naşirlər” şəbəkəsinin böyüməsi - bütün bunlar hazırkı elmi fəaliyyətin inkişafında çaşqınlığa səbəb olur”.