Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-18 10:20:55
Türkiyə universitetlərində qəribə inanclar: Pilləkəni çıxmayan tələbə bədbəxt olur...

Dünyanın hər yerində müəyyən qədər qəribə inanclar dolaşır. Nə qədər qeyri-adi görünsə də, bu hal bəzi təhsil ocaqlarında da baş verir.

AzEDU saytı Türkiyənin bəzi universitetlərində ağlasığmaz, lakin tələbələrin inandığı qeryri-adi inancları təqdim edir:

İstanbul Universiteti

Tələbələr vaxtilə burada Bəyaziddən Barıköyə istiqamətlənən tunellərin mövcud olduğu, sonradan isə bütün girişlərin bağlandığına inanırlar. Hətta rəvayətlərə əsasən bu tunellərdə xəzinələrin olduğu da söylənilir.

Yıldız Texnik Universiteti

Universitet kollektivi buranın vaxtilə kazarma kimi istifadə olunmuş şəhərciyində gecələr xəyali əsgərlərin növbə çəkdiyinə, hətta bəzi binaların məhz onlar tərəfindən qorunduğuna inanırlar.

İşık Universiteti

Hər yeni başlayan tələbənin yataqxanaların önündəki yüz bir pilləkəndən ibarət yolu ən azı bir dəfə çıxmalı olduğu bildirilir. İnanca görə əks təqdirdə tələbəyə bədbəxtlik üz verə bilər.

Bolu Abant İzzet Baysal Universiteti

Bu universitetdəki inanca görə mərkəzdəki bulaqdan su içən hər kəs sonra Boluda qalıb, yaşamağa qərar verir.

Kadir Has Universiteti

Məktəbin görünən hissəsi Sənaye İnqilabı abidələrindən qalıb. Alt mərtəbəsində Osmanlı Dövrünə aid hamam qalığı, daha aşağı mərtəbədə isə Bizans Dövrü abidəsi mövcuddur. Üçüncü hissə torpağın altında yerləşir. Yerin altındakı bu hissənin orada qalmış qaranlıq bir ruh tərəfindən mühafizə olunduğunu iddia edən tələbələr var.

Boğaziçi Universiteti

1863-ci ildə yaradılan Boğaziçi Universitetinin əfsanəvi tunelləri bir neçə il bundan əvvəl ilk dəfə aşkar olunub. Məktəbin tunellərə təşkil olunan ekskursiyada iştirak edən təhlükəsizlik qurupu oradakı vəziyyət barədə məlumat verib:

"Tunellər qaranlıq və dar yollardan ibarətdir. Yolların çoxu xarabalığa çevrilib və istifadəyə yararsızdır. Bəzi yollardan yalnız sürünərək keçmək mümkündür. Dizaynından 1800-cü illərə aid olduğu bəlli olur.

Daxil olanda özümü qədim zamanlarda yaşayırmış kimi hiss etdim. Qapalı yerlərə qarşı fobiyam olduğu üçün çox irəli getmək istəmədim. Amma uzaqdan gördüm ki, tunellərin ətrafı daşlarla örtülüb. Buradakı keçmiş işıq sistemləri isə zaman keçdikcə öz funksiyasını itirib".

Professor Con Freelynin iddasına görə 1960, ya da 70-vi illərdə tələbələr bu tunel vasitəsi ilə Albert Long Hall Binasına girərək ofisindəki sualları oğurlamağa çalışıblar.

İsparta Süleyman Demirel Universiteti

Süleyman Dəmirəl Universiteti tələbələri arasında isə Karbuz Bulağı rəvayəti dolaşır. Bu bulaqdan bir dəfə su içən Süleyman Dəmirəl Universitetinin tələbəsinin ən az 7 il Spartada qaldığı söylənir.

Çukurova Universiteti

Tələbələrin inşa etdiyi heykəllər, əslində şəhərciyin yaşayan adamları kimi qəbul edilir. Məsələn, əhvalın pisdirsə, ağlayan ifritə heykəli ilə dərdləşib əhvalını düzəldə bilərsən. Tələbələr bu heykəlin guya bütün dərdləri dinlədiyi və insana xoş təsir etdiyinə inanırlar.

Afyon Kocatepe Universiteti

Afyonun mərkəzində yerləşən Afyonkarahisar qalası 224 metr hündürlükdədir və buraya 626 pilləkən ilə qalxmaq mümkündür. İnanca görə bu qalaya çıxan universitet tələbələri 7 il burada qalırlar. Məzun olsalar da, hərbi xidmət üçün və ya Afyona məmur təyin olunduğu üçün qayıdanlar olur. Həmçinin 7 il ərzində məzun ola bilməyənlərin sayı da olduqca çoxdur.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları