Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 10:10:00
Əli bəy Hüseynzadəyə “ikinci nəfəs” : “Karvan gedib, biz yolun yarısındayıq”  

Deputat Etibar Əliyev  öz Feysbuk hesabında maraqlı paylaşımları ilə diqqət çəkir. Parlament üzvü bu dəfə Azərbaycanın mütəfəkkir yazıçısı Əli bəy Hüseynzadənin 1906-cı ildəki fikirlərinə yenidən “nəfəs verib”.

 

AzEdu.az həmin paylaşımı təqdim edir:

 

“Mək­təb­lər aç­ma­ğa cəhd edi­rik, la­kin nə ki­fa­yət qə­dər pul, nə mil­li proq­ra­ma mü­va­fiq ki­tab­lar və nə də öz din və di­li­ni yax­şı bi­lən mü­əl­lim­lər tapı­rıq. Fə­da­kar və qey­rət­li gən­clər bir ye­rə gə­lib müx­tə­lif ad­lar al­tın­da ic­ti­ma­i təş­ki­lat­lar ya­ra­dır­lar. Ancaq təş­ki­lat­çı­lıq­la­rın qey­ri-mün­tə­zəm və zə­if əla­qə­lə­ri ol­du­ğu üçün çox keç­mə­dən da­ğı­lır­lar. Te­at­rın fay­da­sı­nı an­la­yan mə­də­ni gən­clə­ri­miz in­cə­sə­nət ocaq­la­rı ya­rat­maq üçün ta­ma­şa­lar təş­kil edir­lər. “Hə­miy­yət”, “Bi­rin­ci şir­kət”, “İkin­ci şir­kət” fi­lan mey­da­na gə­ti­ri­lər. La­kin nə tə­si­re­di­ci bir re­per­tu­ar ta­pır­lar, nə də xalq tə­rə­fin­dən ye­tər­li rəğ­bət gö­rür­lər.

 


Bü­tün iş­lə­ri­miz be­lə­dir. Bu du­ru­mun sə­bə­bi nə­dir? Bur­da bir he­ka­yə­ni xa­tır­la­maq is­tər­dim: hə­lə ib­ti­da­i mək­təb­də oxu­yar­kən mə­nim dərs yol­daş­la­rı­mın için­də iki şa­gird var idi ki, iki­si­nin də rəs­sam­lı­ğa qar­şı föv­qə­la­də is­te­dad və hə­vəs­lə­ri möv­cud idi. Bun­la­rın çək­dik­lə­ri şə­kil­lə­rə di­gər yol­daş­lar hər za­man qib­tə edər­di. Bir gün bu hə­vəs­kar rəs­sam­la­rın bi­ri­ni ata­sı mək­təb­dən çı­xa­rıb özü­nə kö­mək­çi et­mək üçün sa­tı­cı et­di. Di­gər yol­da­şı­mız isə mək­tə­bə da­vam edə­rək bir ne­çə il­dən son­ra təh­si­li­ni ta­mam­la­yıb öz is­te­da­dı is­ti­qa­mə­tin­də rəs­sam­lıq­da in­ki­şaf et­mək üçün Pe­ter­bur­qa get­di. Ora­da in­cə­sə­nət Aka­de­mi­ya­sı­na da­xil ol­du. Bu mək­təb­də də üç-dörd il təh­sil al­dıq­dan son­ra gö­zəl bir şə­ha­dət­na­mə al­maq­la ki­fa­yət­lən­mə­yə­rək, Alma­ni­ya­nın Drez­den və Mün­xen şə­hər­lə­ri­nə ge­dib bu şə­hər­lər­də­ki di­gər mü­əl­lim­lər­dən dərs al­dı. Ən nə­ha­yət isə, in­cə­sə­nət sa­hə­sin­də da­ha yet­kin ha­la gəl­mək üçün Hol­lan­di­ya, Bel­çi­ka və Pa­ris mu­zey­lə­rin­də gəz­dik­dən son­ra İta­li­ya­nın pay­tax­tı Ro­ma­ya yollandı. O, bu­ra­da da bir-iki il qa­lıb Ra­fa­el­lə­rin, Kor­re­ci­o­la­rın, Mi­ke­lan­ce­lo­la­rın, Le­o­nar­do da Vin­çi­lə­rin, Tis­si­yan­la­rın, Bo­ti­çel­li­lə­rin əsər­lə­ri­ni təd­qiq et­di. Bi­zim rəs­sam yol­da­şı­mız an­caq bu qə­dər zəh­mət­dən son­ra öz və­tə­ni­nə qa­yı­dıb rəs­sam­lı­ğa baş­la­dı. Sa­tı­cı olan yol­da­şım­la bu rəs­sa­mın bir-bi­rin­dən ay­rıl­dıq­la­rı­nın üzə­rin­dən tam iyir­mi il keç­miş­di. Bir gün bi­zim sa­tı­cı­nın yo­lu Mos­kva şə­hə­ri­nə düş­dü, ora­da bir rəsm sər­gi­si açıl­mış­dı. Sa­tı­cı da sər­gi­ni gəz­mə­yə get­di. Bir ne­çə rəsm əsə­ri­nin üzə­rin­də öz köh­nə yol­da­şı­nın im­za­sı­nı gö­rüb ta­nı­dı.

 


Rəs­mlə­rin al­tın­da isə bir ka­ğız par­ça­sın­da qiy­mət­lə­ri­ni gös­tə­rən bu söz­lər ya­zıl­mış idi: üç min ma­nat, beş min ma­nat, yed­di min ma­nat...

 


Bi­zim dü­kan­çı xə­ya­la dal­dı. Vax­ti­lə yol­da­şın­dan da­ha çox is­te­dad­lı və qa­bi­liy­yət­li ol­du­ğu bir sə­nə­ti tərk edib sa­tı­cı­lıq­la məş­ğul idi. Dü­kan­çı­lıq­da isə ay­da yüz əl­li, iki yüz ma­nat­dan, yə­ni il­də iki min ma­nat­dan çox pul qa­za­na bil­mir­di. Rəs­sam olan yol­da­şı isə, şüb­hə­siz, il­də qırx-əl­li min ma­nat qa­za­nır­dı. Ata­sı o za­man­lar və­fat et­miş olan bi­zim dü­kan­çı şə­hə­rə qa­yı­dar-qa­yıt­maz dü­ka­nı bağ­la­dı. Rəs­sam­lıq­dan otuz-qırx min ma­nat qa­zan­maq müm­kün ikən dü­ka­nın nə lü­zu­mu var idi. Dü­kan­çı bir ma­ğa­za­ya ge­dib rəs­sam­lı­ğa da­ir bir çox alət­lər və rən­glər alıb ye­ni­dən rəs­sam­lı­ğa baş­la­dı. Bir ne­çə bö­yük rəsm çə­kib sər­gi­yə gön­dər­di... La­kin hey­hat! Bu löv­hə­lə­rə otuz, ya qırx ma­nat­dan çox pul ve­rən müş­tə­ri ta­pıl­ma­dı!.. Çün­ki dü­kan­çı bir mə­qa­mı unut­muş­du. O, bil­mir­di ki, rəs­mlə­rin üç, dörd min ma­na­ta sa­tıl­ma­sı üçün əv­vəl­cə pe­ter­bur­qlar­da, ber­lin­lər­də, drez­den­lər­də, mün­xen­lər­də, ro­ma­lar­da iyir­mi ilə qə­dər ça­lış­maq la­zım­dır...

 


Dü­kan­çı elə zənn edir­di ki, ya­şıl çə­mən­lə­rin, ağac­la­rın rəs­mi ya­şıl ilə boz rən­gli daş­la­rın, qa­ya­la­rın rəs­mi də ağ və qa­ra­dan iba­rət rən­glər­lə çə­ki­lir...

 


Be­lə­lik­lə, bi­zim və­ziy­yə­ti­miz də bu dü­kan­çı­nın ha­lı­na ox­şa­yır: Biz in­qi­lab gu­rul­tu­su və dal­ğa­la­rı­nın tə­si­ri ilə oya­nıb gör­dük: "Karvan gedib, hələ biz yolun yarısındayıq".

 


Biz mü­şa­hi­də et­dik ki, qon­şu­la­rı­mı­zın irə­li get­mə­si­nin sə­bə­bi qə­zet­lər, mət­bə­ə­lər, ki­tab­lar, mək­təb­lər, məd­rə­sə­lər, sə­nət nü­mu­nə­lə­ri, cə­miy­yət­lər, şir­kət­lər, təş­ki­lat­lar, te­at­rlar imiş!.. Biz də tə­lə­sə­rək bun­la­rı yar-ya­rım­çıq dü­zəl­tmə­yə baş­la­dıq. Bil­mi­rik ki, qon­şu­la­rı­mız qırx, əl­li il­dən bə­ri­dir ça­lı­şır­lar. Bil­mi­rik ki, on min ma­nat­lıq rəs­mlər çək­mək üçün Ayva­zov­ski­lər əv­vəl­cə otuz ilə qə­dər əmək sərf et­miş­lər...

 


Yax­şı ki, mil­lə­ti­miz­də tə­bi­i bir is­te­dad, keç­miş mə­də­niy­yət­lə­ri­miz­dən bi­zə ir­sən ke­çən bir qa­bi­liy­yət var imiş. Yox­sa rəs­mlə­ri­miz, por­tret­lə­ri­miz heç qırx, əl­li ma­na­ta da sa­tıl­ma­ya­caq idi!.. La­kin hər hal­da mü­vəq­qə­ti qə­zet­lər­dən, mək­təb­lər­dən, məs­cid­lər­dən, cə­miy­yət­lər­dən, in­cə­sə­nət mər­kəz­lə­rin­dən iba­rət qırx, əl­li ma­nat­lıq bu ic­ti­ma­i rəs­mlə­ri­miz də “qır­mı­zı qa­ran­lıq­lar için­də ya­şıl işıq­lar­dır...” Əksə­riy­yə­ti, da­i­mi ol­ma­sa­lar da, gün­dən-gü­nə ədəd­lə­ri ço­xa­lır. İşı­ğın bi­ri sön­dük­cə, ye­ri­nə di­gər iki­si ya­nır”.

 

Qeyd edək ki,  Əli bəy Hüseynzadə publisist və ədəbiyyat tənqidçisi, eyni zamanda, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.